Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…


Yorum bırakın

“150 siyasi məhbus var”- Yeni siyahı


Yeni siyahı – “150 siyasi məhbus var”

10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində “Azərbaycan siyasi məhbusların azadlığı uğrunda” (ASMAU) hüquq-müdafiə təşkilatı siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb.

Qurumun həmtəsisçilərindən, Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev deyib ki, yenilənmiş siyahıda 150 nəfərin adı var.

“Onlardan 70%-i dindardır və böyük hissəsi 2015-ci il Nardaran hadisələrilə bağlı həbs olunub. Həmin hadisələrlə bağlı həbs olunanlar ümumilikdə 500 il həbs cəzası alıb”, Quliyev qeyd edib.

Okumaya devam et

Reklamlar


Yorum bırakın

Jurnalist Əfqan Sadıqov həbs edilib


Əfqan Sadıqlı

Əfqan Sadıqlı

Bakının Səbail Rayon Məhkəməsi polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə Əfqan Sadıqov barəsində inzibati qaydada həbs qərarı verib. Bu barədə Amerikanın Səsinə vəkil Cavad Cavdov bildirib.

Okumaya devam et


Yorum bırakın

Siyasi məhbuslarının bir neçəsinə cəza müddətinin sonuna yaxın yeni ittiham irəli sürüldü.



Yorum bırakın

Musavatçı Azad Həsənov narkotikdə ittiham edilir-(FOTO)


A.Həsənov
A.Həsənov

Litvadan Azərbaycana gələn və saxlanan Müsavat Partiyasının üzvü Azad Həsənovun hansı cinayətdə ittiham edildiyi bəlli olub.

Bu barədə Azadlıq Radiosuna A.Həsənovun vəkili Osman Kazımov danışıb.

O.Kazımov bildirib ki, oktyabrın 11-də saxlanılan A.Həsənov barəsində Xətai Rayon Məhkəməsi 4 aylıq həbs-qətimkan qərarı verib: «Azad Həsənov Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü (Narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilir. Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi aparır».

Okumaya devam et


Yorum bırakın

Müsavat Partiyasının fəalı saxlanılıb. (FOTO)


Azad Həsənov və Əfqan Muxtarlı

Müsavat Partiyasının Suraxanı rayon təşkilatının fəalı Azad Həsənov oktyabrın 11-də saxlanılıb. O, oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçşün Vilnusdan Bakıya gəlib. Bu barədə Müsavat Partiyasının mətbut xidməti məlumat yayıb.

Mətbuat xidməti bildirir ki, Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevralından mühacirətdədir, ailəsi ilə birgə Litvada siyasi sığınacaq alıb.

Okumaya devam et