Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…


Yorum bırakın

Abbas Hüseyn Əli Kərimlini təbrik etdiyinə görə həbsxanada işgəncəyə məruz qalıb. (FOTO- VİDEO)


“Onu elə döyüblər, bədənində yaradan yer yoxdur, üç gün “kars”da əlləri qandallı saxlayıblar”

 

Qobustandakı qapalı həbsxanada saxlanılan Nardaran məhbusu Abbas Hüseyn AXCP sədri Əli Kərimlini təbrik etdiyinə görə işgəncəyə məruz qalıb. O, həbsxananın rəis müavini və daha bir neçə əməkdaşı tərəfindən döyülüb, daha sonra “kars”a salınıb. Bu barədə həm Abbas Hüseynin ailə üzvləri, həm də hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb.

Okumaya devam et

Reklamlar


Yorum bırakın

İlqar Məmmədov kəskin osteoxondrozdan əziyyət çəkir


İlqar Mımmədov (Foto Ülvi Həsənlinindir)

Aprelin 4-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin nümayəndəsi, komitənin həkimi ilə 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan REAL Hərəkatının lideri İlqar Məmmədova baş çəkib. Bu barədə bu gün İlqar Məmmədovla telefon söhbətindən sonra REAL Hərəkatının icra katibi Natiq Cəfərov bildirib.

Okumaya devam et


Yorum bırakın

REAL-çı Rahim Şaliyevin səhhəti pisləşib (FOTO)


Rahim Şaliyev

Rahim Şaliyev

Vəkil deyir ki, bu problemlər işgəncələrin nəticəsidir

“Respublikaçı Alternativ” hərəkatının fəalı, fevralın 20-də həbs olunan Rahim Şalıyevin başının sol hissəsində deformasiya yaranıb. Gənc fəalın durumu o qədər pis olub ki, Sumqayıt Şəhər Polis İdarəsinin (Sumqayıt ŞPİ-nin) müvəqqəti saxlama təcridxanasına təcili tibbi yardım çağrılıb.


Yorum bırakın

Bloger Orduxan Teymurxanın 2 qohumu həbs olundu…


Bloger Orduxan Teymurxanın 2 qohumu həbs olundu...Hüquq müdafiəçisi Oktay Gülalıyev

Az öncə siyasi mühacir Orduhan Temirhanın Bakıda yaşayan ailəsində oldum. Ailə üzvləri, qardaşı Şakir bəy, bacıları və qohumları ilə görüşdüm. Onlara sizlərin adından dəstəyimizi ifadə etdim. Hər birinizə dəstəyə görə təşəkkür edirlər.

Okumaya devam et


Yorum bırakın

Azərbaycandakı siyasi məhbuslara maadi dəstək tədbiri Vaşinqtonda da, keçirildi (Video)


Şura Əmiraslanova, Qiyas İbrahimovun anası

Şura Əmiraslanova, Qiyas İbrahimovun anası

Yanvarın 31-də ABŞ paytaxtı Vaşinqtonda bir sıra azərbaycanlı fəal Azərbaycandakı siyasi məhbus ailələrinə maddi yardım göstərmək məqsədilə ianə kampaniyası çərçivəsində “Azərbaycandakı siyasi məhbuslara dəstək verin!” adlı tədbir keçiriblər. Kampaniya ərzində onlar $3,000 ABŞ dolları toplayıblar. Tədbirdə Amerikada yaşayan azərbaycanlılarla birlikdə, Amerika və digər ölkələrin nümayəndələri də iştirak edib.

Okumaya devam et


Yorum bırakın

“Həbsxana- Azadlıq məhbuslarına” – Saadet Cahangir


Irada Nariman adlı birinin şəkli.

8 yanvar 2015-ci il tarixində vicdan məhbusu, AXCP GK-nin mübariz fəalı Elvin Abdullazadənin həbsindən düz 2 il keçir, tezliklə azadlıqda görüşmək diləklərimlə…
Sevimli şairimiz, cəbhədaşımız Saadet Cahangir poeziyasından “Həbsxana- Azadlıq məhbuslarına” şeiri bütün siyasi məhbuslarımızla bərabər əzizimiz Elvinə də həsr olunub:
Bilirəm,
həbsxana
suvaqsız üzünə
məhbus kölgələri asılmış
rəngsiz dörd divar,
günləri üzgün və dar –
bir küncə qısılıb
xatirələrin
tozunu silmək kimi…

Okumaya devam et


Yorum bırakın

Nardaran məhbuslarına 280 ildən artıq həbs verildi (FOTO-VIDEO)


mehbuslarYanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə “Nardaran məhbusları”na hökm oxunub. Hökmə əsasən, Taleh Bağırzadə və Abbas Hüseynova 20, Fuad Qəhrəmanlıya 10 il həbs cəzası verilib. Taleh Bağırzadə və Abbas Hüseynov həbslərinin ilk 7 ilini qapalı rejimli həbsxanada çəkəcəklər.

Okumaya devam et