Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

Rüfət Səfərov 20 ildir həbsxana həyatını dava etdirən Şəmsi Səmədzadə haqqında…(FOTO)

Yorum bırakın


Rüfət Səfərov adlı şəxsin şəkli.

Fotoda gördüyünüz adamın adı-Şəmsi, soyadı-Səmədzadədir.

Ciddi himayədarlıq olmadan, qabiliyyət və diribaşılığı sayəsində 33-34 yaşınadək təkcə Azərbaycanda deyil, regionda, xüsusilə, Türkiyə Cümhuriyyətində geniş ticarət əlaqələri quraraq bir sıra istehsal və qeyri-istehsal sahələrində uğur qazanır.

Azərbaycanın qərb bölgəsində-Gəncə şəhərində, Göygöl rayonunda zavod və fabrikləri işə salaraq yüzlərlə sadə azərbaycanlının işlə təmin olunmasına töhfəsini verir.

1998-ci ilədək biznes hekayəsi yüksələn xətt üzrə tərəqqi edir, əsasını qoyduğu şərab zavodu bazarda söz sahibinə çevrilir.
Yaxından tanıyanlar təsdiqləyirlər ki, Şəmsi Səmədzadə ard-arda əldə etdiyi baş gicəlləndirici uğurlardan sonra birbaşa olmasa da yanakı qaydada siyasətə baş vurur.
1998-ci ilin prezident seçkilərində iş adamı olaraq müxalifət təmsilçisi Etibar Məmmədovun seçki qərargahına külli miqdarda ianə ayırır. Elə bu, kifayət edir ki, gənc iş adamı Prezident Heydər Əliyevin gözündən düşsün, hakimiyyətdaxili yüksək əlaqələri ağır zərbələr alsın, yaxın dostu olmuş baş prokuror Eldar Həsənovla münasibətləri soyusun…

Amma nədənsə geniş biznesinə əl qoyulmur, qələminin birdəfəlik sındırılmasına dair əmr verilmir.

Bir qədər sonra Zakir Qaralov Sabunçudan Gəncəyə doğru “yürüş” edir, şəhər prokuroru kimi yerini rahatlayır. Həmin dövrdə prosesləri diqqətlə izləyənlərin sözlərinə bel bağlasaq, Qaralovla Şəmsinin münasibətləri heç də pis olmayıbmış. Hətta Şəmsi üzQARAsının patronajlığındakı xeyli insanı nəzarətində olan müəssisələrin idarəçiliyinə də cəlb edibmiş.

Günün birində, üzQARAsı həddini aşır, Şəmsini aylığa otuzdurmaq istəyir. Qısa zaman ərzində xeyli varidat toplayan Şəmsi, heç şübhəsiz, Qaralovun istəyini rədd edir. Çox keçmir ki, Səmədzadənin Gəncə şəhərindəki ayrı-ayrı obyektləri qanunsuz yoxlamalara məruz qalır, hətta əsas və ya səbəb olmadan cinayət iş başlanır.

Belədə Şəmsi “cin atına minir”, Gəncə Şəhər Prokurorluğunun inzibati binasına gedərək üzQARAsının qəbuluna keçir. Mübahisə qızışır, əlbəyaxa davada Şəmsi Qaralovu əzişdirir, sonda prokuror köməçisinin yanında Qaralovun keçəlinə sərt qapaz ilişdirir.

Bundan sonra Şəmsi özünü daha da qudurğan aparır, hansısa yas məclisində üzQARAsı ilə təsadüfən rastlaşır, mübahisə başlanır, yüzlərlə adamın gözləri önündə Qaralovun başına yenə də qapaz vurur.

Şəmsi Səmədzadənin nəzarəti altında olan müəssisələrin işçiləri Gəncə Şəhər Prokurorluğunun inzibati binası qarşısında üzQARAsına və qondarma əsaslarla başlatdığı cinayət işinə etiraz edirlər. Şəmsinin yaxın dostluq münasibətləri olan Göygöl rayon prokuroru (adı Rəfaildir, soyadını isə dəqiqləşdirə bilmədim-müəllif) da ona dəstək verir. Görünür, Rəfailin dostuna bəzən gizli, bəzən də açıq dəstək verməsini üzQARAsı ilə son dərəcə kəskin münasibətləri şərtləndiribmiş. (Amma Göygöl Rayon Prokurorluğu ilə Gəncə Şəhər Prokurorluğunun arasındakı soyuqluğu doğuran təfərrüatlar mənə bəlli deyildir.)

Beləliklə, fürsəti fövtə verməyən Zakir birinin də üstünə beşini qoyub, baş prokuror Eldar Həsənova və Prezident Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova məruzə edir, həyacan təbili çalır ki, Şəmsinin adamları Gəncə Şəhər Prokurorluğunun inzibati binası qarşısında mitinq edirlər.

Bir müddət sonra baş prokuror Eldar Həsənov milli təhlükəsizlik naziri Namiq Abbasovla birlikdə dövlətin zirvəsindən gələn əmr əsasında Şəmsinin “torbasını tikirlər”.

Onun barəsində həbs qətimkan tədbiri seçilir. Həmin dövrdə Prezident Heydər Əliyev Baş Prokurorluqda müşavirə keçirib, Eldar Həsənovu tutduğu vəzifədən azad edir, Gəncənin üzQARAsını Bakıya gətirir.
Bu zaman istintaq təcridxnasında olan Şəmsi yaxınlarından biri ilə çölə xəbər göndərir ki, “Zakir Azərbaycanda nə qədər açılmamış cinayət varsa, yükləyəcək mənə…”

Elə də olur.

Başlanmış cinayət işinin dairəsi uydurma əsasların hesabına xeyli genişləndirilir.

Məhkəmə istintaqı başlanır.

Qaralovun keçəlinə ilişdirilən iki şillənin cavabı ömürlük azadlıqdan məhrumetmə olur…

***

4 il öncə Şəmsi Səmədzadənin kürəkəni Samir ilə ( hazırda nikah münasibətlərinə xitam verilib-müəllif) tədbirlərin birində təsadüfən tanış olduq, söhbətləşdik. Samir köhnə məhəllədə yaşayırmış…

Şəmsi ilə maraqlandım. Qayınatasının Qobustan həbsxanasında çürüdüyünü dedi…

Bəhruz sağ olsun, xahiş etdim, heç bir təmənna güdmədən order götürüb Qobustana getdi.
16 ilin dustağı ilə söhbətləşərək nə kimi köməklik göstərə biləcəyini soruşdu. Məlum oldu ki, üzQARAsının baş prokurorluğu dövründə nəyəsə müvəffəq olacağına qəti inamı yoxdur.

Görüş zamanı Şəmsi deyibmiş: “Bəhruz, çox xətalarım olub. Cinayət də demək olar. Özümə bağışlaya bilməyəcəyim ən böyük iş iki dəstənin söhbətində iştirak etməyimdir. Silah qaldırdılar, bir nəfər öldürüldü… Əslində tərəflərin mübahisələrinə bir elə də aidiyyatım yox idi. İllər sonra həmin atışmada istifadə olunan silah anamın evindən “çıxarıldı”. Etiraf edirəm, cinayət xarakterli işlərim olub, məsələn, Zakir Qaralova qarşı elə münasibət göstərib, xuliqanlıq etmişəm… Amma ömürlük azadlıqdan məhrumetməyə layiq deyildim axı… Qədərindən artıq dərəcədə həbsdə saxlanıldım. Azərbaycanda xeyli insana köməklik göstərmişəm, işlə təmin etmişəm, Allahın verdiyi imkandan yararlanıb, minlərlə ac insanın qarnını doyurmuşam… İndi heç kim mənə kömək etmək istəmir… Yəqin hamı qorxur… Heç, açığı, bir nəticənin olacağını gözləmirəm də. Zakir baş prokuror olduğu müddətdə mən burdayam…”

Təsadüfi deyildir ki, bir müddər əvvəl Bəhruzla uzun müddət üzQARAsının sürücüsü işləmiş şəxsin təsadüfi söhbəti zamanı sonuncu qəti olaraq söyləyib: “ Baş prokuror Zakir müəllimin xidməti fəaliyyəti dövründə Şəmsi azadlığa həsrət qalacaq!”

Bəli, dostlar, Şəmsi artıq 20-ci ildir ki, həbsxanadadır.

Gəlin bu postu imkan daxilində yayaq ki, bəlkə köməyi oldu.

Təkcə ona görə ki, o, həqiqətən də saysız-hesabsız azərbaycanlıya yardımçı olub…

Etdiklərinin cəzasını isə artıqlaması ilə ödəyib…

MEHBUSLAR.WORDPRESS.COM

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s