Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

Azərbaycanda Ali məhkəmə ilk dəfə görünməyən ədalətli bəraət qərarı verdi…(FOTO VƏ AUDİO)

Yorum bırakın


Müxalifət mitinq keçirir-İlqar Məmmədov
Müxalifət mitinq keçirir-İlqar Məmmədov

Ali Məhkəmə ReAL sədrinə və hüquq müdafiəçisinə bəraət verdi

İlqar Məmmədov və Rəsul Cəfərovun Amerikanın Səsinə müsahibəsi, vəkillərin münasibəti

Cümə axşamı Azərbaycan Ali Məhkəməsinin Plenumu ReAL Partiyasının sədri İlqar Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verib. Plenum mənəvi zərərə görə Məmmədova 234,000 manat kompensasiya təyin edib.

Plenum eyni zamanda hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində bəraət qərarı çıxarıb. Məhkəmə Cəfərov barədə əvvəlki qəbul edilən məhkəmə qərarlarını ləğv edib, təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətverici əsaslarla iş üzrə icraata xitam verib və mənəvi zərərə görə 57,400 manat kompensasiya təyin edib.

İlqar Məmmədov
İlqar Məmmədov

İlqar Məmmədov: Bu, çox böyük nailiyyətdir.

ReAl Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsisnə deyib ki, bu Azərbaycan hüquq sistemi üçün çox böyük bir qərardır.

Bu böyük hadisədir. Mən Azərbaycanın məhkəmə-hüquq tarixində belə bir hadisəinin olduğunu xatırlamıram. Mənim bütün haqlarım bərpa olundu.

“Azərbaycan məhkəməsi Azərbaycan qanunları əsasında məni, siyasi partiya sədrini tamamilə haqlı, təqsirsiz elan etdi, bəraət verdi. Hətta həbsdə keçirdiyim günlərə görə mənə mənəvi kompensasiya da təyin etdi. Bu böyük hadisədir. Mən Azərbaycanın məhkəmə-hüquq tarixində belə bir hadisəinin olduğunu xatırlamıram. Mənim bütün haqlarım bərpa olundu. Həbsdən öncəki bütün haqlarım avtomatik olara bərpa olunur. Hesab edirəm ki, bu çox böyük nailiyyətdir,” o qeyd edib.

Məmmədov hesab edir ki, məhkəmənin müəyyən etdiyi kompensasiya Avropa Məhkəməsinin qərarına mütənasibdir.

Rəsul Cəfərov (Photo by: Parvana Bayramova)
Rəsul Cəfərov (Photo by: Parvana Bayramova)

Rəsul Cəfərov: 4 il sonra olsa da doğru qərar çıxarıldı

Hüquq müdafiəçisi Rəsul Cəfərov Ali Məhkəmənin Plenumunun qərarını müsbət qarşılayıb.

Bu ədalətli, çox müsbət, irəliyə doğru ümidlər yaradan bir qərar oldu.

“Ümumilikdə Avropa İnsan Haqları Konvensiyası Azərbaycan qanunvericiliyinin tərkib hissəsidir. Azərbaycanın Cinayət Prossesual Məcəlləsində də Avropa Məhkəməsinin qərarının icrası ilə bağlı müddəalar çox aydın əksini tapıb. Ali Məhkəmənin Plenumu həmin müddəaları əsas tuturaq bir az gec də olsa qərar qəbul etdi. Avropa Məhkəməsinin mənimlə bağlı qərarı 2016-cı ildə olub. 4 il sonra olsa da nəhayət ki, tamamailə doğru qərar çıxardı. Barəmdə olan əvvəlki bütün qərarları ləğv etdi və bəraət hüququmu tanıdı. Hətta həbsdə keçirdiyim günlərə görə müəyyən kompensaiya da təyin etdi. Bu ədalətli, çox müsbət, irəliyə doğru ümidlər yaradan bir qərar oldu. Ümidvaram ki, bu qrupda olan digər işlər də öz müsbət həllini tapacaq,” Cəfərov Amerikanın Səsinə bildirib.

Fuad Ağayev
Fuad Ağayev

Fuad Ağayev: İlqar Məmmədovun işində açar rolunu Avropa Məhkəməsi oynadı

İlqar Məmmədovun hüquqlarını müdafiə edən vəkil Fuad Ağayev hesab edir ki, Ali Məhkəmənin Plenumunun qərarının yerli məhkəmələrə müsbət təsiri olacaq.

“Yeddi ildən artıqdır ki, İlqar Məmmədovun hüquqlarını müdafiə edirəm. Açığı cinayət təqibi orqanlarının və digər qurumların bu iş üzrə həm İlqar, həm onun müdafiəçiləri üçün yaratdığı maneələr, problemlər hədsiz olub.
Nəhayət, bir saat əvvəl Ali Məhkəmənin Plenumu İlqar Məmmədov barəsində əvvəl çıxarılmış məhkəmə qərarlarını ləğv edərək, iş üzrə icraata bəraətverici əsasla xitam verdi, qanunsuz həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi ziyana görə 234 min manatdan artıq kompensasiya da təyin etdi. Maddi ziyana görə kompensasiya və başqa məsələlər ilə bağlı o, mülki qaydada məhkəməyə müraciət edə bilər.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Hökumətindən dəfələrlə İlqar Məmmədovun dərhal azad edilməsini tələb edib, bu nəticə vermədikdə isə tarixdə ilk dəfə dövlətin məhkəmə qərarını icra etməməklə öz beynəlxalq-hüquqi öhdəliyini pozub-pozmaması ilə bağlı sorğu verib.

İlqar Məmmədovun işində açar rolunu Avropa İnsan Hüquqları Məhkəməsinin Avropa Konvensiyasının 18-ci maddəsinin pozuntusunu müəyyən etməsi (Azərbaycanla bağlı birinci dəfə) mühüm rol oynadı. Məhz buna görə Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Hökumətindən dəfələrlə İlqar Məmmədovun dərhal azad edilməsini tələb edib, bu nəticə vermədikdə isə tarixdə ilk dəfə dövlətin məhkəmə qərarını icra etməməklə öz beynəlxalq-hüquqi öhdəliyini pozub-pozmaması ilə bağlı sorğu verib və Avropa Məhkəməsinin Böyük Palatası da tarixdə ilk dəfə bu sorğuya baxaraq, pozuntu baş verməsinə dair qərar qəbul edib.
Hesab edirəm ki, bu günkü məhkəmə qərarı yerli məhkəmələrin praktikasına müsbət təsir etməlidir,” vəkil qeyd edib.

Əsabəli Mustafayev
Əsabəli Mustafayev

Əsabəli Mustafayev: Ümid edək ki, bu qrup üzrə qalan işlərə də baxılacaq

Vəkil Əsabəli Mustafayev ümid edir ki, Ali Məhkəmənin Plenumu İlqar Məmmədov və Rəsul Cəfərovun daxil olduğu qrupda olan digər şəxlərin işlərinə də eyni qaydada baxcaq.

Vəkil bildirir ki, Avropa Məhkəməsi tərəfindən Konvensiyanın 18-ci maddəsinin (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadə hədləri) pozuntusu üzrə tanınmış işlərin icrasını Avropa Şurasının Nazirlər Komitəsi bir qrupda birləşdirib.

Əks təqdirdə məlum olacaqdır ki, bu günkü qərarlar siyasi məqsədlər üçün qəbul olunub və onun hüquq sisteminə heç bir təsiri olmayacaq.

“Bu qrup “İlqar Məmmədov və digərləri qrupu” adlanır. Qrupa İlqar Məmmədovdan başqa İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Zaur Qurbanlı, Rəşadət Axundov və mənim nümayəndələri olduğum Üzeyir Məmmədli, Rəşad Həsənov daxil edilib. Natiq Cəfərlinin işi üzrə qərar bu yaxınlarda elan olunduğundan həmin qrupda yox idi.

Nazirlər Komitəsi hər zaman bu 8 ərizəçinin işini icrasını eyni zamanda müzakirə edib. Axrıncı belə müzakirə bu ilin 5 mart tarixində keçirilib. Avropa Məhkəməsinin saytında bu barədə məlumatdan göründüyü kimi müzakirə 8 iş üzrə aparılıb.”

Vəkil yalnız İlqar Məmmədovun və Rəsul Cəfərovun işlərinə Ali Məhkəmənin Plenumunda baxılacağı haqqında yayılmış məlumatın təəccüb doğurduğunu bildirir.

“Məntiqlə 8 nəfərin işinə baxılmalı idi. Mümkündür ki, bu işlərə Plenumda hissə-hissə baxılacaqdır. Ümüd edək ki, qalan işlərə də yenidən baxılacaq və eyni qərarlar qəbul ediləcəkdir. Əks təqdirdə məlum olacaqdır ki, bugünkü qərarlar siyasi məqsədlər üçün qəbul olunub və onun hüquq sisteminə heç bir təsiri olmayacaq. Digər tərəfdən, bu 6 işə Avropa Məhkəməsində mahiyyəti üzrə hələ ki, baxılmayıb. Bu işlərə ölkə daxilində yenidən baxılmadığı halda onlara Avropa Məhkəməsi baxacaq və yenidən Konvensiyanın 18-ci maddəsinin pozuntusunu tanıyacaq. Çünki həbs üçün əsaslı şübhələrin olmaması barədə artıq qərar var və sübutlar üzrə qəbul olunmuş hökmün 18-ci maddəyə zidd olması mübahisəsizdir. Bu yeni rekordlar ölkənin beynəlxalq imicinə ciddi zərbə olacaqdır. Indi seçim sizlərin səlahiyyətli məmurlar,” vəkil xatırladır.

İlqar Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. Məmmədovun həbsdən buraıxlması, bəraət verilməsi barədə Avropa Şurası Nazirlər Komitəsinin bir neçə qərarı var. O, 2018-ci il avqustun 13-də Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb, cəzanın çəkilməmiş hissəsi şərti hesab olunub.

İlqar Məmmədov Ali Məhkəməyə kassasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını tələb edib, Ali Məhkəmədə onun şərti cəzasını ləğv edilib.

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 6 il 6 ay həbs cəzası kəsib. Sonradan Bakı Apellyasiya Məhkəməsi bu cəzanı 3 ay azaldıb.

Hüquq müdafiəçisi 2016-cı il martın 17-də prezidentin əfv sərəncamı ilə həbsdən azad edilib.

2016-cı il martın 17-də həm də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) hüquq müdafiəçisi Rəsul Cəfərovun şikayəti üzrə qərarını açıqlayıb.

AİHM-in qərarına görə, milli məhkəmələr Rəsul Cəfərovun Avropa Konvensiyasının 5.1, 5.3, 5.4 -cü maddələri ilə azadlıq və toxunulmazlıq hüququnu pozub. Hüquq müdafiəçisinin məhkəmə araşdırmasını ağlabatan müddətdə aparmaq, məhkəməyədək azad edilmək və həbsin qanuniliyi hüquqları da pozulub. Məhkəmə Rəsul Cəfərova münasibətdə Konvensiyanın 18-ci maddəsinin pozulduğunu da tanıyıb. Qərara əsasən, Azərbaycan hökuməti Rəsul Cəfərova dəymiş zərərə görə 25 min, hüquq məsrəflərinə görə isə 7 min 448 avro ödəməlidir. Onun haqqında yerli məhkəmələrin qərarları da ləğv edilib yenidən araşdırılmalıdır.

Tapdıq Fərhadoğlu

MEHBUSLAR.WORDPRESS.COM

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s