Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

Təbrizdə farsın əlaltıları Milli fəalı tutukladı.(FOTO)

Yorum bırakın


Güney azərbaycanlı milli-mədəni fəal Yunis Araz (Quluzadə) Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən tutulub.

Güney Azərbaycana bağlı saytlara istinadla xəbər verir ki, o, bir gün saxlandıqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

Məlumata görə, aprelin 24-də azərbaycanlı fəalın iş yerinə hücum çəkən təhlükəsizlik qüvvələri onu yaxalayaraq Təbriz kiber polisinin təcridxanasına aparıblar. Fəal bir gün saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığına qovuşub.

Yunis Arazın “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” ittihamı ilə saxlandığı bildirilir.

Aprelin 19-da Təbrizin “Səhənd” stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə “Peykan” arasında keçirilən görüş zamanı da yerli komanda tərəfdarları təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Onlardan bir neçəsi tutulub. Aradan 8 gün keçməsinə rəğmən saxlanılan soydaşlarımızdan heç bir xəbər yoxdur.

MEHBUSLAR.WORDPRESS.COM

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s