Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

Bayram Məmmədovla bağlı DAS təşkilatının müraciəti..(FOTO)

Yorum bırakın


Bayram Məmmədovla bağlı DAS təşkilatının müraciəti-

Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova,
Azərbaycan Respublikasının Daxili işlər naziri Ramil Usubova,
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Kestutis
Jankauskas,
Avropa Şurasının Bakı ofisinin rəhbəri səfir cənab Zoltan Hernyes,
Amrika Birləşmiş Ştatlarının Azərbaycandakı səlahiyyətli səfiri cənab Lee
Litzenberger,
Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Michael Kindsgrab,
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Carole
Crofts,
Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
cənab Onno Kervers,

DAS (Demokratik Azərbaycanı Seç) Təşkilatının inzibati qaydada həbs edilmiş siyasi
məhbus Bayram Məmmədovun İnzibati Həbs Olunanların Saxlanma Təcridxanasında
ağır işgəncələr almasıyla bağlı

M Ü R A C İ Ə T İ

“DAS təşkilatı hesab edir ki, Novruz Bayramı ərəfəsində ölkə başçısı tərəfindən imzalanmış
əfv fərmanında azad edilmiş və ictimaiyyətdə “heykəl məhbusu” kimi tanınan Bayram
Məmmədovun və Qiyas İbrahimovun fiziki həyatı və sağlamlığı sual altındadır. Belə ki, azad
edildikdən on üç gün sonra inzibati qaydada həbs edilmiş Bayram Məmmədovun hər gün
işgəncə aldığı və eyni zamanda baş gicəllənməsi olduğu, o cümlədən qusması barəsində
məlumatlar eşidilməkdədir. Daxili İşlər Nazirliyinin saxalama məntəqəsində nələrin baş
verməsilə bağlı təəssüf ki, ictimaiyyətə heç bir məlumat verilmir. Aldığı işgəncələr barəsində
B.Məmmədov öz vəkilinə yazdığı müraciətdə də bildirmiş, Pənah Mikayılov adlı polis
işçisilə yanaşı 5 nəfərin ona işgəncə verməsini qeyd etmişdir.
Bununla yanaşı digər “Heykəl məhbusu” Qiyas İbrahimov da 03 aprel 2019-cu il tarixdə
Nizami Rayon Polis İdarəsinə dəvət edilmiş və onunla guya profilaktik söhbət aparılarkən
bildirilmişdir ki, “prezidentin fanatları tərəfindən ona hər an hücum ola bilər və polislər onu
qoruya bilməyəcəklər”. Eyni zamanda əfv olunduqdan bir neçə gün sonra Elgiz Qəhrəmanın
da sərnişin olduğu avtomobilin saxlanılması və orada narkotik axtarılması onu deməyə əsas
verir ki,
Azərbaycanda siyasi repressiyalar davam etməkdədir.
Baş verən hadisələrin ictimai və siyasi təhlili göstərir ki, siyasi hakimiyyət rejimi qorumaq
üçün mövqe göstərən və tənqidi fikir söyləyənləri susdurmaq üçün hətta həmin insanların
fiziki məhvini belə həyata keçirməyi düşünür. Mərhum Prezident Heydər Əliyevin heykəlinə
şüar yazanlara qarşı qisasçılıq artıq açıq-aşkar hiss edilir. Çünki, həmin insanlardan biri

yenidən inzibati qaydada həbs edilərək hər gün işgəncə alır, digərinə isə polis rəsmisi bildirir
ki, səni prezidentin fanatları öldürə bilər və biz səni qoruya bilməyəcəyik.
Biz DAS Təşkilatı olaraq bu müraciətimizlə bildirmək istəyirik ki:
– Bayram Məmmədovun və Qiyas İbrahimovun həyatıyla bağlı baş verən hər bir olaya
Ramil Usubov və Zakir Qaralov cavabdehdirlər;
– Bayram Məmmədov dərhal azad edilməli və xəstəxanaya yerləşdirilməlidir;
– Yerli və beynəlxalq təşkilatlar Bayram Məmmədovun azad edilməsini Azərbaycan
hökumətindən tələb etməlidirlər;
– Bayram Məmmədova işgəncə verənlər aşkar edilib qanun qarşısında
cəzalanmalıdırlar.”
DAS İdarə heyəti

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s