Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

Hüquq müdafiəçilərindən: “Yeni əfv sərəncamına ehtiyac var”

Yorum bırakın


İlkin rüstəmzadə, 17 may 2013İlkin Rüstəmzadə
Əfvə reaksiyalar : ‘Buz tərpəndi, cənablar…

Hüquq müdafiəçilərindən: “Yeni əfv sərəncamına ehtiyac var”

Elşən Həsənov, 2012
Elşən Həsənov, 2012

“Azadliğa çıxan bütün insanları təbrik edirəm, gözləri aydın…”.

Siysi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) rəhbəri, hüquq müdafiəçisi Elşən Həsənov bunu dövlət başçısının martın 16-da imzaladığı əfv sərəncamını şərh edərkən bildirib.

E.Həsənov hesab edir ki, siyasi məhbuslardan bəzilərini azad etməklə siyasi məhbus problem həll edilmir: “ Amma biz bu dəfə siyasi məhbus probleminin həll oluna biləcəyini dşünürdük. Ona görə də bu əfv sərəncamını dəstkləyə bilmirəm”.

Hüquq müdafiəçisi düşünür ki, artiq yeni, həm də siyasi məhbus məsələsini birdəfəlik həll dəcək əfv sərəncamına ehtiyac var.

***

Novella Cəfəroğlu: “Bundan sonra daha çox adam azadlığa çıxacaq”

Novella Cəfəroğlu, 10 dekabr 2009
Novella Cəfəroğlu

“Ən çox da Gözəl Bayramlının, Əli İnsanovun, İlkin Rüstəmzadənin azadlığa çıxmasına sevinirəm”, – hüquq müdafiəçisi Novella Cəfəroğlu prezidentin martın 16-da imzaladığı əfv sərəncamından danışarkən belə deyir. O, Prezident yanında əfv komissiyasına təqdim etdikləri siyahıda adı olanların çoxunun azadlığa çıxdığını və buna çox sevindiyini bildirir.

“Elə uşaqlar var, adları sərəncama düşməyib. Amma “Buz tərpəndi, cənablar”. Bundan sonra daha çox adam azadlığa çıxacaq. Əminik ki, kimi apelyasiya ilə, kimi məhkəməylə buraxdıracağıq, Allah qoysa. Biz orda olanların hamısını yavaş-yavaş buraxdırmağa çalışacağıq. Buraxacaqlar da”.

Hüquq müdafiəçisi hesab edir ki, indi Azərbaycanın məqsədi Qarabağ məsələsini həll etməkdir.

“Ona görə də bu məsələsini birdəfəlik həll edib qurtarmalıyıq. Daha sonra iqtidarlı-müxalifətli torpaqları qaytarmalıyıq”.

Novella Cəfəroğlu əfv sərəncamını müsbət dəyərləndirir.

O, prezidentə və bu məsələdə digər əməyi olan şəxslərə təşəkkürünü bildirir.

***

Ələsgər Məmmədli: “Biz siyasi məhbus istehsal edən sistemdən imtina etməliyik”

Ələsgər Məmmədli, 2 noyabr 2010
Ələsgər Məmmədli, 2 noyabr 2010

Hüquqşünas Ələsgər Məmmədli də əfv sərəncamı müsbət dəyərləndirir. Sərəncamda bir xeyli siyasi məhbusun da adının olduğunu bildirir. Amma bununla belə çox sayda siyasi məhbus sayılan şəxsin həbsdə qalmasına təəssüflənir:

“Cəmiyyətdə onların günahsız olduğu və siyasi məqsədlərlə həbs edildiyi təsəvvürü var. Bununla bağlı artıq, çoxsaylı çağırışlar edilmişdi. Amma fakt budur ki, Əfqan Muxtarlı, Seymur Həzi kimi məhbsuların adının siyahıda olmaması və hələ də içəridə xeyli siyasi məhbusun qalması çox üzücüdür”.

Ələsgər Məmmədli prezident İlham Əliyevin martın 1-də sənətçilərlə görüşdə məhkəmə və hüquq sahəsində islahatına ehtiyac olması barədə söylədiyi fikri xatırladır. Hüquqşünas da bu islahatın zəruriliyini dəstklədiyini və polisdə, istintaq orqanlarında, prokurorluqda, məhkəmədə, vəkillikdə, penitensiar orqanda “ciddi, vətəndaş cəmiyyətinin dəstəkləyəcəyi” islahata ehtiyac olduğunu bildirir.

“İldə bir-iki dəfə imzalanan əfv sərəncamına, 5-6 ildən bir verilən amnistiya aktına ümid edib düşünsək ki, bu, ədaləti gətirəcək, bu, özünü aldatmadqan başqa bir şey olmayacaq. Biz siyasi məhbus, vicdan məhbus istehsal edən sistemdən imtina etməliyik… Bu, çox önəmlidir”, – deyərək hüquqşünas fikrini tamamlayır.

***

Sevinc, həyəcayan, göz yaşı. Bəziləri fikirlərini toparlamaqda çətinlik çəkir, bəziləri sualı eşidə bilmir. Prezidentin martın 15-də imzaladığı əfv sərəncamı ilə azad olunan, siyasi məhbus sayılanların yaxınlarının, doğmalarının reaksiyasını məhz bu üç halla ifadə etmək olar.

Bir çox ailələrdən ötrü xəbər gözlənilməz olub, hətta bir çoxunun yaxınları bazar günü ( sabah martın 17-si) həbsxanalara getməyə, bayram sovqatı aparmağa hazırlaşırmış.

İlkin Rüstəmzadənin anası: “İlkin dedi ki, mənim adım olmayacaq”

6 ildən çoxdur həbsdə olan İlkin Rüstəmzadə də əfv edilənlər sırasındadır. Anası Atlas Hüseynova “alo” deyir. Sonra hıçqırıq eşidilir, amma çalışıb özünü ələ alır:

“Əlim-ayağım dolaşır bir-birinə. Hazırlıqdaydım, uşaqlarla hazırlıq keçirdim. Zəng vurdular, xəbəri dedilər, dəli kimi olmuşam”.

Azacıq fasilə verən ana davam edir:

“Özü dünən zəng vurmuşdu, dedi ki, mənim adım olmayacaq”.

Atlas Hüseynova deyir ki, bayram tədarükü görsə də, oğlu ona, hələlik, gəlməmələrini tapşırıb:

“Dedi ki, 20-də gəlin, bayramqabağı gələn çox olur, qarışıqlıq yaranır. Elə dünən zəng vurmuşdu, biz də sakitcə oturmuşduq”.

Ana oğlunun əfvindən ötrü müraciət etmədiklərini bildirir.

Qərar gözlənilməz oldu

Qiyasaddin Ibrahimov
Qiyasaddin Ibrahimov

​Qiyas İbrahimovun anası:

“Hazırlıq görürdüm sabah yanına getməyə”

Qiyas İbrahimovun anası Şura Əmiraslanova da sevincəkdir. Deyir ki, qərar ondan ötrü də gözlənilməz olub.

“Gözləmirdim. Konkret deyim. Hazırlıq görürdüm sabah ( martın 17-də) yanına getməyə. İndi evdə qarşılayacam. Bayramın anasıgillə danışmışdım bu səhər. Martın 19-da əmsigil yanına gedəsiydi”.

“Görəsən bu gün buraxmazlar?”

Gözəl Bayramlı
Gözəl Bayramlı

AXCP sədrinin müavini Gözəl Bayramlının bacısı Şirin Ələkbərova isə söhbətə sualla başlayır:

“Görəsən bu gün buraxmazlar?”

O hüquq müdafiəçilərinin əfvdən ötrü müraciət etdiklərini eşitdiyini söyləyir. Amma bacısı ilə bu məsələ barəsində danışmadıqlarını bildirir:

“Özü ilə martın 13-də görüşmüşdük, dünən də zəng etmişdi, amma heç nə demədi. Biz də bu barədə danışmadıq. Ümidləndirmək istəmədik”.

Xatırlatma

Azərbaycan prezidenti İlham Əliyev Martın 16-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncamı ümümilikdə 431 nəfərə şamil edilib.

Əfv sərəncamı ilə azadlığa çıxanların bəziləri siyasi məhbus sayılan şəxslərdir. Amma siyasi məhbus sayılanlardan bəziləri əfv sərəncamına düşməyib.Onların arasında jurnalistlər Əfqan Muxtarlı, Seymur Həzi, Azərbaycan Xalq Cəbhəsi Partiyası fəalı Fuad Əhmədli və başqaları da var.

Yerli hüquq müdafiəçilərinin hazırladıqları siyahılara görə, Azərbaycanda bu sərəncama qədər 130 civarında siyasi məhbus var. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.(Azadlıq.org)

MEHBUSLAR.WORDPRESS.COM

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s