Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

“Mənə verdikləri 6 il həbs cəzası ürəklərini soyutmayıb”(FOTOLAR)

Yorum bırakın


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Həbsdə olan jurnalist Əfqan Muxtarlı ona qarşı təxribat hazırlandığını bildirib. Bu barədə jurnalistİN həyat yoldaşı Leyla Mustafayeva öz Facebook səhifəsində yazıb.

“Əfqan zəng edib dedi ki, saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlər artıb. O təcili olaraq vəkilləri ilə görüşmək istədiyini bildirdi. Dediklərini olduğu kimi yazıram:

“Mənə yeməyi, dərmanları Samir Əsədli gətirir. Samir Əsədliyə zəng etməyə yasaq qoyublar. Ad günümdə dostlarım və həmkarlarımdan 200-dək təbrik məktubu və açıqcalar gəlib. Onları da mənə verməkdən imtina ediblər. Məni xəstələr üçün nəzərdə tutulan otaqdan da çıxarıblar.

Məmməd İbrahimi də burda 16 saylı cəzaçəkmə müəssisəsində şərləyib əlavə cinayət işi açmışdılar. Ehtimal var ki, eyni planı mənə də tətbiq etsinlər.

Bir həftədən çoxdur məni təxribata çəkirlər. Bu işdə cəzaçəkmə müəssisəsinin rəhbəri Şahin Həsənov və Kamil adlı inspektor fəallıq göstərir. Məmməd İbrahimi də burda 16 saylı cəzaçəkmə müəssisəsində şərləyib əlavə cinayət işi açmışdılar. Ehtimal var ki, eyni planı mənə də tətbiq etsinlər. Mənə qarşı təxribat planını Şahin Həsənov idarə edir. Mən əşyalarımı “koptorka”ya qoyuram. Bəyan edirəm ki, çantalarımda qadağan olunmuş əşya yoxdur. Çantalarımdan yasaq olunmuş əşya “çıxacağı” halda bütün məsuliyyəti Şahin Həsənov daşıyacaq.

Mayor rütbəli inspektor Kamil cəzaçəkmə müəssisəsinin rəhbəri Şahin Həsənovun göstərişi ilə mənə qarşı təzyiq edir ki, onlara etiraz edim və bundan istifadə edib mənə qarşı cinayət işi qaldırsınlar.

Beynəlxalq təşkilatlardan, Ədliyyə Nazirliyi, QHT-lərdən xahiş edirəm, 16 saylı cəzaçəkmə müəssisəsində monitorinq aparsınlar.

Görünür mənə verdikləri 6 il həbs cəzası ürəklərini soyutmayıb. Mehman Hüseynova qarşı qaldırılan son cinayət işinə xitam verdilər. Amma digər məhbusların azadlığa buraxılması üçün cəhdləri, aksiya və kampaniyaları davam etdirmək lazmıdır. Siyasi məhbusların azadlığa buraxılması üçün mitinqə çıxanlara, eləcə də aclıq aksiyasına qoşulan hər kəsə təşəkkür edirəm.”

……………………………………………………………………………………………….

Əfqan Muxtarlı kimdir?

Əfqan Muxtarlı, Tbilisi, polisƏfqan Muxtarlı Tbilisidə Azərbaycan səfirliyi önündə seçki nəticələrinə etiraz edir.

Jurnalist Əfqan Muxtarlı cümə günü 6 il müddətinə azadlıqdan məhrum edilib.

O dövlət sərhəddini qanunsuz keçməkdə, qaçaqmalçılıqda və dövlət qulluqçusuna xəsarət yetirməkdə günahlandırılıb.

Jurnalist özü və beynəlxalq İnsan Haqları Müdafiə təşkilatları bunun siyasi olduğunu və jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyirlər.

Jurnalist Əfqan Muxtarlı yerli və beynəlxalq platformalarda Azərbaycanda olan problemlərdən yazıb.

O son bir neçə ildə 3 araşdırma edib və iddia edib ki, prezident İlham Əliyevin ailəsinə bağlı şirkətlər Gürcüstanda biznes şəbəkəsi qurublar. Bununla yanaşı o, Müdafiə Nazirliyində olan korrupsiya və büdcə pullarının xərclənməsi barədə yazılar yazıb.

2014-cü il dekabrın 5-də dostu və həmkarı araşdırmaçı jurnalist Xədicə İsmayılova həbs edildikdən sonra o araşdırmalarını davam etməyə başlayı və Gürcüstanın paytaxtı Tbilisi şəhərində fəaliyyət göstərib.

Beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları onun həbsinin siyasi motivli olduğunu elan etsələr də, rəsmi ittihamla ona 6 il həbs cəzası verilib.

Cənab Muxtarlı gənclik yaşlarında ikən Qarabağ münaqişəsi alovlanır və o cəbhəyə könüllü gedir.

Ağdam,Tərtər kimi döyüşlərin qızğın getdiyi bölgələrdə hərbi əmaliyyatlarda iştirak edir.

Jurnalist kimi fəaliyyətində o tez-tez Azərbaycanın bölgələrinə səfərlər edib, daha çox ictimai-sosial mövzularda yazılar yazıb.

Həyat yoldaşının təhsili ilə əlaqədar Gürcüstanda məskunlaşan Əfqan Muxtarlı orada yazılarını davam etdirib.

Həmçinin vaxtaşırı Azərbaycanda baş verən insan haqları pozuntuları, seçki məsələləri ilə bağlı Azərbaycanın Tbilisidəki səfirliyi önündə etiraz aksiyalarında iştirak edib.

Əfqan MuxtarlıELMİR MİRZOYEV
Vəkil Elçin Sadıqov deyib ki, Əfqan Muxtarlı “Gürcüstanda saxlanılıb, döyülüb və Azərbaycana ötürülüb”

2014-ci ildən Gürcüstanın paytaxtı Tbilisidə yaşayan araşdırmaçı-jurnalist Əfqan Muxtarlı bazar ertəsi günü axşam saatlarında yoxa çıxıb.

Bir gün sonra o, vəkillərə zəng edərək, “oğurlandığını” və Bakıda, Dövlət Sərhəd Xidmətinin əsas binasında olduğunu deyib.

O, vəkili Elçin Sadıqova bildirib ki, Tbilisidə bazar ertəsi günü saat 18:00 radələrində Opel markalı avtomobilə zorla mindirilib, əlləri arxadan “xamutla ” bağlanılıb və döyülüb.

Əfqan Müxtarlının məlumatına əsasən, onu Tbilisidən Gürcüstanın kriminal polisi formasını geyinmiş maskalılar fiziki güc tətbiq edərək maşına basaraq şəhərdən çıxarıblar və onun başı əvvəl torba, sonra isə mayka ilə bağlanıb.

O, iki ayrı-ayrı avtomobillə Dövlət Sərhəd Xidməti məntəqəsinə gətirildiyini və cibinə 10 min avro pul qoyulduğunu iddia edib.

Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva isə həyat yoldaşının günorta çağı küçədən “oğurlandığını” və “başına torba keçirilərək zorla sərhəddən keçirildiyini” açıqlayıb.

2017-ci ilin dekabrın son günü jurnalist Əfqan Muxtarlının dəm qazından zəhərləndikləri deyilən yaxın qohumları – bacısı Nuranə Muxtarlı, bacısı qızı və qardaşı oğlu Zaqatala rayon mərkəzində kirayədə yaşadıqları evdə ölü tapılıb.

Əfqan Muxtarlının vəkilləri onun dəfn mərasimində iştirak etməsi üçün Pentensiar Xidmətə müraciət etsələr də, buna icazə verilməyib.

Georgi KvirikaşviliFotonun müəllifi GETTY IMAGES
Georgi Kvirikaşvili Əfqan Muxtarlının işində Gürcüstan dövlət orqanlarının iştirakını təkzib edib.

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili hökumətin iclasında azərbaycanlı jurnalist Əfqan Muxtarlının Gürcüstandan “oğurlanması” iddiasında Gürcüstan dövlət orqanlarının iştirakını “istisna” edib.

Gürcüstanın Daxili İşlər Nazirliyində Əfqan Muxtarlının işilə bağlı diplomatik korpusun nümayəndələrilə Gürcüstan rəsmiləri arasında görüş keçirilib.

Daxili işlər nazirinin müavini Şalva Xutsişvili işlə bağlı aparılan araşdırmaya dair ABŞ, Britaniya, Almaniya, Fransa kimi ölkələrin səfirlərinə məlumat verib.

Daha sonra jurnalist Əfqan Muxtarlının işilə bağlı Gürcüstanın Sərhəd Polisi və Əks-kəşfiyyat Departamentinin başçıları istintaq müddətinə vəzifədən kənarlaşdırılıb, Gürcüstanın daxili işlər naziri Georgi Mğebrişvili bildirib.

Nils MuiznieksFotonun müəllifi GETTY IMAGES
IAvropa Şurasının İnsan Haqları Komissarı Nils Muiznieks jurnalistin “qaçırılma xəbərindən dəhşətə gəlib”

Beynəlxalq təşkilatlar cənab Muxtarlının həbsini tənqid edib, Gürcüstan və Azərbaycan hökumətləri jurnalistin həyatı üçün məsuliyyət daşıdığını bildiriblər.

Amnesty International insan haqları təşkilatı onu “vicdan məhbusu” adlandırıb.

Tbilisidə azərbaycanlı və gürcü insan haqları müdafiəçiləri və jurnalistlər azı iki dəfə etiraz nümayişi və bir neçə mətbuat konfransı keçirərək hökümətdən cavab tələb ediblər.

Avropa Şurasının İnsan Haqları Kommisarı Nils Muiznieks Əfqan Muxtarlının iddia edilən qaçırılma xəbəri səbəbindən “dəhşətə gəldiyini” bəyan edib.

Rəsmi Facebook səhifəsində paylaşdığı bəyanatda, cənab Muiznieks Əfqan Muxtarlının Azərbaycanın tənqidi səslərə qarşı “repressiya siyasəti” səbəbindən 2014-ci ildən bəri Gürcüstanda yaşadığını deyib.

Kommisar, Əfqan Muxtarlının cibinə pul qoyulduğu və işgəncə verildiyi iddialarını təkrarlayaraq, Gürcüstan hökumətini iddialarla bağlı “effektiv, sürətli və müstəqil” araşdırma aparmağa çağırıb.

“Bunların hamısı çox ciddi iddialardır və Gürcüstan hakimiyyətinin mümkün olduqca ciddi diqqətini və təcili reaksiyasını tələb edir”, cənab Muiznieks bildirib.

Azərbaycan hökumətini isə o, cənab Muxtarlını dərhal azad etməyə və “işgəncə və pis rəftardan qorunmaq daxil olmaqla insan hüquqlarını tamamilə təmin” etməyə çağırıb.

Azərbaycandan bununla bağlı rəsmi açıqlama verilməyib.

15 İyun 2017-ci ildə Avropa Parlamenti Azərbaycanlı jurnalist Əfqan Muxtarlı barədə qətnamə qəbul edərək, Azərbaycan hökumətindən onun dərhal azad edilməsini və ona qarşı bütün cinayət ittihamlarının ləğv edilməsini tələb edib.

Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov Azadlıq radiosuna verdiyi müsahibədə Əfqan Muxtarlının “Azərbaycanda təhlükəsizlik mühitinin pozulmasına xidmət göstərən şəbəkənin üzvü” olması səbəbindən Azərbaycanın və Gürcüstanın xüsusi-xidmət orqanlarının birgə fəaliyyəti nəticəsində həbs edildiyini deyib.

Cümə axşamı günü isə, BBC Azərbaycanca ilə danışan Elman Nəsirov onun Əfqan Muxtarlı barədə verdiyi şərhlər “təhrif edildiynə” görə bu mövzu üzrə şərh verməkdən imtina edəcəyini bildirib.

26 oktyabr 2017-də Əfqan Muxtarlıya verilən “Pavel Şeremet jurnalist mükafatı – 2017” onun həyat yoldaşı Leyla Mustafayevaya təqdim edilib

MEHBUSLAR.WORDPRESS.COM

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s