Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

Mehman Hüseynova qarşı açılmış yeni cinayət işinə xitam verildi. (FOTOLAR)

Yorum bırakın


Bu barədə Azərbaycanın Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

Mehman Hüseynov haqqında həqiqətə uyğun olmayan məlumatlar yayan kütləvi informasiya vasitələrinin redaksiyalarına xəbərdarlıq edərək bildiririk ki, ölkəmizdə bərqərar olmuş sabitliyin və əmin-amanlığın pozulmasına yönələn istənilən qanunazidd hərəkətlərin qarşısı qanunun aliliyi təmin edilməklə qətiyyətlə alınacaq.
Baş Prokurorluğun məlumatından

Məlumatda deyilir ki, Hüseynov hazırda hər hansı aclıq aksiyası keçirmir, saxlanma şəraiti normal olmaqla, bununla bağlı şikayət və tələbi yoxdur.

“Baş Prokurorluq şəxsi mənafe və siyasi məqsədləri naminə Mehman Hüseynovun ətrafında süni ajiotaj yaratmağa cəhd edənlərə, eyni zamanda Mehman Hüseynov haqqında həqiqətə uyğun olmayan məlumatlar yayan kütləvi informasiya vasitələrinin redaksiyalarına xəbərdarlıq edərək bildirir ki, ölkəmizdə bərqərar olmuş sabitliyin və əmin-amanlığın pozulmasına yönələn istənilən qanunazidd hərəkətlərin qarşısı qanunun aliliyi təmin edilməklə qətiyyətlə alınacaq,” məlumatda qeyd edilir.

Yerli mediada yanvarın 21-də bloger Mehman Hüseynovun prezident İlham Əliyevə müraciəti yayılıb. Müraciətdə bloger bildirir ki, onun hər hansı günahı yoxdur və Penitensiar Xidmətin əməkdaşını vurmayıb.

“Mən – Mehman Hüseynov 2 ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırılmışam. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam”, blogerin yazdığı bildirilən müraciətdə deyilir.

Elə həmin gün Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov bildirib ki, Mehman Hüseynovun müraciətinə prezidentdərhal reaksiya verib.

Baş prokurorluq
Baş prokurorluq

“Möhtərəm prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini baş prokurora tövsiyə edib. Eyni zamanda, cənab prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib,” Ələsgərov qeyd edib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

İlham Əliyev

İlham Əliyev Mehman Hüseynovun işinin obyektiv araşdırılması ilə bağlı tapşırıq verib

O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger maye süd məhsulları içsə də qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb – polisə böhtan atmaqda təqsirli bilinib.

Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı videolarla bağlı olduğunu bildirib.

Məhkəmə Mehman Hüseynovu azadlığa buraxmayıbMəhkəmə Mehman Hüseynovu azadlığa buraxmayıb [Video]

2018-ci il avqustun 24-də Qaradağ Rayon Məhkəməsi hakim Rəşad Məmmədovun sədrliyi ilə bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması barədə müraciəti təmin edilməyib. Məhkəmənin qərarını Apellyasiya Məhkəməsi dəhakim Elşad Şamayevin sədrliyi qüvvədə saxlayıb.

Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı videolarla bağlı olduğunu bildirib.

 

Xədicə İsmayıl: İki həftəyə yaxındır aclıq aksiyası gedir, heç bir səfirlik aclıq edənlərə baş çəkməyib…

Blogerin aclıq aksiyasına dəstək ara vermir. Azərbaycanda yanvarın 2-də ictimaiyyət nümayəndələrinin blogerə dəstək məqsədii ilə başladığı aclıq aksiyası Müsavat Partiyasının mənzil qərargahında davam etdirilir.

Dünyanın müxtəlif ölkələrində də dəstək aksiyaları keçirilir.

ABŞ senatoru Marko Rubio, ABŞ Helsinki Komissiyasının həmsədri Kris Smit, ATƏT-in və Avropa Şurasının media azadlığı üzrə komissarları, Avropa Şurası Paplament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri, Fransa Xarici İşlər Nazirliyi, Böyük Britaniya parlamentinin üzvü, çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Mehman Hüseynovu həbsdən azad etməyə çağırıb. Yanvarın 11-də Avropa İttifaqına daxil olan ölkələrin Bakıdakı səfirliklərinin diplomatları 1 saylı Bakı İstintaq Təcridxanasında Mehman Hüseynovla görüşüb. Avropa Parlamenti 533 səslə “Azərbaycanda vəziyyət və Mehman Hüseynovun işi” adlı qətnamə qəbul edib. Avropanın müxtəlif şəhərlərində, ABŞ-da siyasi məhbuslara azadlıq tələbi ilə piketlər keçirilib.

Washington Post” qəzeti son ayda iki redaksiya məqaləsini Mehman Hüseynov və Azərbaycanda siyasi məhbus probleminə həsr edib.

Yanvarın 19-da Milli Şuranın “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə keçirilən mitinqi son illərin ən çox insan iştirak etdiyi mintiq olub. Mitinqdə minlərlə insan iştirak edib.

Öz növbəsində, Azərbaycan hökuməti beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Yüksək dövlət məmurları ölkədə hüququn aliliyinin təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu, fikirlərinə, siyasi baxışlarına görə həbs edilmədiyini bildirir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus kimi tanıyır. Beynəlxalq təşkilatlar 10 jurnalist və blogerin həbsdə olduğunu bildirir. Amnesty International ondan çox insanı vicdan məhbusu elan edib.

MEHBUSLAR.WORDPRESS.COM

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s