Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

Jurnalist Əfqan Sadıqov həbs edilib

Yorum bırakın


Əfqan Sadıqlı

Əfqan Sadıqlı

Bakının Səbail Rayon Məhkəməsi polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə Əfqan Sadıqov barəsində inzibati qaydada həbs qərarı verib. Bu barədə Amerikanın Səsinə vəkil Cavad Cavdov bildirib.

Vəkil jurnalistin neçə sutka həbsə məhkum edilməsi barədə məhkəmədən hələ məlumat ala bilməyib.

“Noyabrın 28-də məhkmənin qərarını alandan sonra həbs müddəti barədə məlumatım olacaq və apellyasiya şikayəti verəcəm”, o qeyd edib

“Azel.TV” saytının baş redaktoru Əfqan Sadıqlı noyabrın 27-də Prezident Administrasiyasının qarşısında şəhid ailələrinin aksiyası zamanı çəkiliş apararkən mülki geyimli şəxlər tərəfindən saxlanılıb.

Əfqan Sadıqov bu il iyulun 9-da inzibati həbsə məhkum edilib.

Daxili İşlər Nazirliyi bildirib ki, o Azərbaycanda yaranmış enerji problemi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə bir qrup şəxslə birgə saxlanılıb və 30 sutka həbsə məhkum edilib.

Bundan öncə isə jurnalist 2016-cı il noyabrın 22-də həbs edilib. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan jurnalistin cəzası 1 il azaldılıb.

Sadıqov ittihamı qəbul etməyib və jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib. Sadıqov yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmışdı.

MEHBUSLAR.WORDPRESS.COM

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s