Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

Musavatçı Azad Həsənov narkotikdə ittiham edilir-(FOTO)

Yorum bırakın


A.Həsənov
A.Həsənov

Litvadan Azərbaycana gələn və saxlanan Müsavat Partiyasının üzvü Azad Həsənovun hansı cinayətdə ittiham edildiyi bəlli olub.

Bu barədə Azadlıq Radiosuna A.Həsənovun vəkili Osman Kazımov danışıb.

O.Kazımov bildirib ki, oktyabrın 11-də saxlanılan A.Həsənov barəsində Xətai Rayon Məhkəməsi 4 aylıq həbs-qətimkan qərarı verib: «Azad Həsənov Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü (Narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilir. Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi aparır».

Həmin maddədə qeyd edilən əməllər sübuta yetirilərsə, A.Həsənovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.

Vəkilin bu açıqlamasını, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

A.Həsənov 2014-cü ildən Litvada yaşayırdı. Bakıya oktyabrın 11-də səhər saatlarında gəldiyi bildirilir. Gəlişinə səbəb kimi isə atasının onkoloji xəstə olması göstərilir. Yaxınlarının deməsinə görə, oktyabrın 11-i Hövsanda atası evinin yaxınlığında onu mülkigeyimli şəxslər saxlayıb.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürdükdə A.Həsənov onun Seçki Qərargahının üzvü olub. Müsavat Partiyası bəyanat verərək həbsi siyasi motivli sayıb. Hərçənd rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

MEHBUSLAR.WORDPRESS.COM

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s