Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

Müsavat Partiyasının fəalı saxlanılıb. (FOTO)

Yorum bırakın


Azad Həsənov və Əfqan Muxtarlı

Müsavat Partiyasının Suraxanı rayon təşkilatının fəalı Azad Həsənov oktyabrın 11-də saxlanılıb. O, oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçşün Vilnusdan Bakıya gəlib. Bu barədə Müsavat Partiyasının mətbut xidməti məlumat yayıb.

Mətbuat xidməti bildirir ki, Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevralından mühacirətdədir, ailəsi ilə birgə Litvada siyasi sığınacaq alıb.

Azad Həsənovun hazırda Vülnusda olan həyat yoldaşı Təranə Həsənova bildirib ki, o, Bakı hava limanında problemlə üzləşməsə də, sonradan həbs edilib.

“Azada Bakıdan dedilər ki atan can verir. O, təcili bilet aldı və oktyabrın 10-da saat 3-də Bakıya çatdı. Problemsiz sərhədi keçib, günortaya qədər atasıyla bir yerdə olub. Sonra məscidə gedib namaz qılmağa. Orada 662 nömrəli qara Hyundai maşından düşən mülki geyimli şəxslər onun qollarını burub maşına oturdublar. Qardaşı kömək etmək istəyəndə onu sinəsindən itələyib deyiblər ki polisdənik”, -Təranə Həsənova bildirib.

Mətbuat xidməti Azad Həsənovun harada saxlanılması ilə bağlı məlumat əldə edə bilməyib.

“Ailə üzvləri Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə zəng edib. Hələ Azad Həsənovun hansı səbəbdən saxlanılması, harada saxlanılması ilə bağlı məlumat verməyiblər. Vəkil Osman Kazımov da Azad Həsənovun harada saxlanılmasını öyrənə bilməyib”, mətbuat xidmətindən bildiriblər.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, Müsavat Partiyasının fəalının həbsini pisləyib.

“Gözünüzü açıb dünyada nələr baş verdiyinə baxın. Bütöv bir millətə zülm etməkdən əl çəkin. İnsanlara öz normal həyatlarını yaşamağa imkan verin! Azad Həsənli və bütün siyasi məhbuslara azadlıq!” o facebok səhifəsində Müsavat fəalının saxlanılmasına münasibət bildirib.

Litvanın Azərbaycandakı Səfirliyi Azad Həsənovun saxlanılması ilə bağlı sorğunu şərh etməyib. Səfirliyin əməkdaşı bildirib ki, Azad Həsənovun saxlanılması barədə səfirlikdə məlumat yoxdur.

Öz növbəsində rəsmi qurumlardan Azad Həsənovla bağlı məlumat almaq mümkün olmayıb.

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s