Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…


Yorum bırakın

-Valideynlərin müraciəti : “İlkin Rüstəmzadə 6 ildir günahsız yerə türmədə çürüyür”


İlkin Rüstəmzadə (Foto Ülvi Həsənlinindir)
İlkin Rüstəmzadə 

“İlkin 6 ildir günahsız yerə türmədə çürüyür. Bu məni bir ata kimi çox narahat edir. İlkinin özü də, biz də onun müdafiəsinin yetərincə olmadığı qənaətindəyik. Beynəlxalq təşkilatlar, Avropa İnsan Haqqları Məhkəməsi bütün siyasi məhbuslar haqqında, istəyir içəridə və ya çöldə olanlar haqqında, qərarlar verirlər, ancaq İlkin barədə yox. Elə bil hansısa bir qüvvə İlkinin işini geri çəkir”.

Okumaya devam et


Yorum bırakın

Mehman Hüseynov müvəqqəti azadlığa buraxıldı.


Bloqqer azadlıqda.
Həbsdə olan bloqqer Mehman Hüseynova ötən gecə vəfat edən anası Firəngiz Hüseynovanın yas mərasimində iştirak etməyə icazə verilib.
Bunu unikal.org-a Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.
O qeyd edib ki, M.Hüseynovun anasının yas mərasimində iştirak etməsi ilə bağlı müraciətinə baxılıb və müvafiq qərar qəbul olunub.
M.Hüseynov anasının yas mərasimində iştirak etməsi üçün müvəqqəti azadlığa buraxılıb. O, yas mərasimi bitəndən sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılacaq.
Xatırladaq ki, Nəsimi rayon Polis idarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.


Yorum bırakın

Mehman Hüseynov müvəqqəti azadlığa buraxılması bildirilir – RƏSMİ AÇIQLAMA


“Mehman anasının dəfnində iştirak etmək üçün müraciət etdi” – Vəkilindən AÇIQLAMA (YENİLƏNİB)

“Mehman Hüseynov Pentensiar Xidmətin Baş İdarəsinə və Cəzaçəkmə Müəssisəsinin rəisinə müraciət edib”.

Bu barədə bloggerin vəkili Şəhla Hümbətova məlumat verib:
“Mehmanla görüşdüm. Müraciət yazdım, o özü imzaladı. Müraciəti müəssisənin rəis müavininə təqdim etdi. Məsələyə qısa zamanda cavab veriləcəyinə ümid edirik. Böyük qardaşı ölkədə olmadığı üçün Mehman Hüseynov anasının dəfnində iştirak etmək istəyir. Məndə olan məlumata görə, Mehmanın müraciətinə baxılandan sonra onun anasının torpağa tapşırılması planlaşdırılır.”


Yorum bırakın

Oqtay Gülalıyev: İnsanları həbsdə saxlamaqla hakimiyyəti əldə saxlamaq mümkün deyil (Video-Müsahibə)


https://www.amerikaninsesi.org/embed/player/0/4508944.html?type=video
Hüquq müdafiəçisinin Amerikanın Səsinə müsahibəsi

Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev Amerikanın Səsinə müsahibəsində siyasi məhbus problemindən danışıb.

Okumaya devam et