Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…


Yorum bırakın

Avropa Məhkəməsi 25 Azərbaycan vətəndaşının şikayəti üzrə araşdırmaya başlayıb


Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 25 Azərbaycan vətəndaşının şikayətini araşdırmağa başlayıb. Bu barədə AİHM-i məlumat yayıb.

Okumaya devam et


Yorum bırakın

İlqar Məmmədov: “Avropa Parlamenti təslim oldu, mən isə…”


İlqar Məmmədov:

İlqar Məmmədov Avropa Parlamentini tənqid edib 
“Avropa Parlamentinin mən də daxil olmaqla Azərbaycanda siyasi məhbusların buraxılmayacağı təqdirdə Azərbaycanla Avropa Birliyi arasında imzalanması planlaşdırılan Sazişi ratifikasiya etməyəcəyi ilə bağlı mövqeyi qənaətbəxş deyil”.
Bunu ReAl sədri İlqar Məmmədov Avropa Parlamentinin son qətnaməsinə münasibət bildirərkən deyib.


Yorum bırakın

Hüquq müdafiəçiləri siyasi məhbsulara təzyiqlər olduğunu bildirir


Siyasi məhbuslarHüquq müdafiəçiləri siyasi məhbus hesab etdikləri bir çox məhbuslara təzyiqlər olduğunu bildirir. Bunlar Qiyas İbrahim, Bayram Məmmədov, İlkin Rüstəmzadə, İlqar Məmmədov, Abbas Hüseyn, Taleh Bağırzadə, Məmməd İbrahim, Fikrət Fərəməzoğlu və digərləridir.

Ailəsi Rəşad Ramazanovun həyatından narahatdır

Okumaya devam et


Yorum bırakın

İlkin Rüstəmzadə: “Əllərimi arxadan qandallayıb saçımı qırxdılar”


İlkin Rüstəmzədəİlkin Rüstəmzədə

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadə 13 Saylı Cəzaçəkmə Müəssisəsində incidildiyini bildirir.

Onun həbsxanadan göndərdiyi müraciəti NİDA Vətəndaş Hərəkatı yayıb.

“…Artıq 6-cı ildir ki, həbsdəyəm, ilk dəfədir ki, özümü bu qədər gücsüz hiss edirəm. İlk dəfədir ki, dəstəyinizə bu qədər böyük ehtiyacım var. Artıq boğuluram, nəfəs ala bilmirəm… Heç kimə tətbiq olunmayan ən sərt məhdudiyyətlər, ən xırda məsələlərə ilişmələr, gündəlik didişmək məcburiyyətində qaldığım hər cür təxribatlar. Bunlar hələ bir hissəsidir. Artıq hiss edirəm ki, gücüm çatmır. Əllərimi arxadan qandallayıb saçımı qırxdılar”, yazan gənc fəalın bildirməsinə görə, ardınca ona bildiriblər ki, yanlışlıq olub.

Okumaya devam et