Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

“Həbsxana- Azadlıq məhbuslarına” – Saadet Cahangir

Yorum bırakın


Irada Nariman adlı birinin şəkli.

8 yanvar 2015-ci il tarixində vicdan məhbusu, AXCP GK-nin mübariz fəalı Elvin Abdullazadənin həbsindən düz 2 il keçir, tezliklə azadlıqda görüşmək diləklərimlə…
Sevimli şairimiz, cəbhədaşımız Saadet Cahangir poeziyasından “Həbsxana- Azadlıq məhbuslarına” şeiri bütün siyasi məhbuslarımızla bərabər əzizimiz Elvinə də həsr olunub:
Bilirəm,
həbsxana
suvaqsız üzünə
məhbus kölgələri asılmış
rəngsiz dörd divar,
günləri üzgün və dar –
bir küncə qısılıb
xatirələrin
tozunu silmək kimi…

Bilirəm,
həbsxana
yuxudan
yorğun gözlərin
qaranlıq kədəri,
və dustaqlıq –
kəsilmiş ağacların
kölgəsində
dincəlmək kimi…

Bilirəm,
həbsxana
yağışı, günəşi
bitmiş bir mövsüm,
vaxt öldürmək adına
zamanı fikirlərə,
fikirləri boşluğa
bölmək kimi…

Bilirəm,
dostlar,
bilirəm çox zor…
ancaq,
həbsxana
nə ümidlərə son,
nə arzulara yasaq,
hər açılan sabahı,
daha insan yaşamaq,
azadlıq üçün
düşünmədən
ölə bilmək kimi…

Saadet Cahangir

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s