Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

Bu gün OMONçuların həbsindən 20 il keçir – Vəkil danışdı

Yorum bırakın


20-il-h%c9%99bsxanada-olan-omoncularBu gün OMONçuların həbsindən 20 il keçir – Vəkil danışdı

Məhkəmənin nəticələri haqda danışan Elçin Sadıqov belə deyib:

“Bu gün Elçin Əmiraslanovun, Səfa Poladovun və Arif Kazımovun həbs edilməsindən 20 il keçir. Bəli 20 il, qos-qoca 20 il…Həmin 20 ilin 1 ili BMCMİ-nin zirzəmisində ağılasığmaz, dözülməz işgəncələrə altında qaldıqdan sonra 19 il olduqca qapalı həbsxana rejimində saxlanılırlar. Onlar barəsindəki ölüm hökmü qanunsuz olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.

Təbiidir ki, ömürlük azadlıqdan məhrum etmə ölüm hökmünə nisbətdə daha qəddar görünür. Amma dövlətin niyyəti ömürlük azadlıqdan məhrum edilmiş şəxsi ölənə qədər həbsdə saxlamaqdırsa, onların islah olunub olunmamaları mütəmadi olaraq qiymətləndirilmirsə və məhkumda nə vaxtsa azadlığa çıxacağına dair obyektiv ümidlər yoxdursa ömürlük azadlıqdan məhrumetmə ölüm hökmündən daha qəddardır. Ona görə də formal olaraq ölüm hökmünün olmaması, lakin ömürlük məhkumların ölənə qədər həbsdə saxlanılması və onlara islah olunduğu təqdirdə azadlığa çıxmaq ümidinin verilməməsi uzun sürən işgəncə nəticəsində ölümə bərabərdir. Hər iki halda hökm ölümlə nəticələnir. Ölüm hökmündə dərhal. Ömürlük azadlıqdan məhrumetmə cəzasında onu islah olunana qədər deyil ölənə qədər həbsdə saxlamaqla.

Təəsüf ki, hökümət hələ ölüm cəzaları qanunsuz olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilən şəxslərlə bağlı problemi həll etmək fikrində deyil və onları ölənə qədər həbsdə saxlamaq niyyətindədir.”

“2000-ci ildən bəri qüvvədə olan ciinayət məcəlləsinə görə 25 ilini çəkdikdən sonra 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunur. Amma onlar 2000-ci ilə qədər qüvvədə olan cinayət Məcəlləsi ilə məhkum olunublar. Həmin məcəllənin 23-cü maddəsində deyilirdi ki, ölüm hökmü bağışlandıqda 15 ildən 20 ilədək qədər azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunur. Hazırda onların buraxılması üçün ümid belə yoxdur.”- Elçin Sadıqov əlavə edib

Daha öncə vəkil Elçin Sadıqov sentyabrın 8-də Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov barəsində təyin edilmiş ölüm cəzasının qanunsuz olaraq ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilməsi, onların barəsində olan ölüm hökmünün 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən bağışlanma ilə 20 ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi barədə ərizəyə baxılacağığını bildirmişdi.

Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı yaradılmışdı. Ancaq 1994-cü ildən Azərbaycan hökuməti ilə XTPD arasında münasibətlər kəskinləşib. 1995-ci il martın 17-də hökumət XTPD-nin Bakının 8-ci kilometr qəsəbəsindəki qərargahını ələ keçirib. Rəsmilər dəstənin qiyam qaldırdığını bildirirlər. Atışmada rəsmi statistikaya görə 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olub, 8 XTPD əməkdaşı öldürülüb. Hadisə nəticəsində 105 nəfərin yaralandığı bildirilir. XTPD rəhbəri Rövşən Cavadov aldığı güllə yarasından DİN-in hospitalında vəfat edib. Dəstənin qalan üzviləri isə həbs ediliblər. Sonradan şahidlər bildirdi ki, dəstənin qərargahından ağ bayraq qaldırılıb, ancaq hökumət qoşunları atışmanı dayandırmayıblar.

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s