Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

“Nardaran işi” ilə bağlı həbs olunmuş məhbuslara dair araşdırma – Oktay Güləliyev

Yorum bırakın


oqtay-gulaliyyev“Nardaran işi” ilə bağlı həbs olunmuş məhbuslara dair araşdırma apararkən çox üzücü faktlar qarşımıza çıxır. Məlum olur ki, həbsdə olan bu şəxslərin bir çoxu ağır xəstədir. Mədə xorasından tutmuş Hepatit C, Qara ciyərin serrozuna qədər müxtəlif xəstəlikdən əziyyət çəkirlər. Həmin şəxslərin bir çoxunda bu xəstəlik həbsdən öncə də olub. Amma həbsxana şəraitində baxımsızlıq ucbatından xəstəlik daha da dərinləşib. Bir qism məhbus isə həbs olunanda aldığı yaralardan və işgəncələrdən hələ də əziyyət çəkirlər. Təəssüfləndirici haldır ki, Penitensiar Xidmət onların müalicəsi istiqamətində lazımi ciddi addımlar atmır. Hazırda bu istiqamətdə araşdırmalarımız davam edir. Məlumatları toplayıb aidiyyatı qurumlara və Beynəlxalq Qırmızı Xaç Komitəsinə təqdim edəcəyik.
Digər problem isə “Nardaran işi” ilə bağlı həbsdə olanların lazımi şəkildə vəkillə təmin olunmamaları ilə bağlıdır.

hebsxana1.jpgXüsusən, hazırda istintaqı gedən 25 nəfərin (onların əksəriyyəti Müsəlman Birliyi Hərəkatının üzvləridir- red.) çoxu demək olar ki, vəkilsizdir. Onların hüquqlarını formal şəkildə istintaq orqanı tərəfindən təyin olunan vəkil “müdafiə edir”. Elə məhbuslar var ki, hələ də hansı maddələrlə ittiham olunduğunu bilmir, onlara bir dənə də olsun bu barədə sənəd təqdim olunmayıb. “Vəkil” aylarla onların yanına gəlmir, telefonlarına cavab vermir və demək olar ki, istintaq hərəkətləri də aparılmır. İstintaqdan asılı olmayan, müstəqil vəkil tutmağa isə böyük əksəriyyətinin imkanı yoxdur.
Hesab edirəm “Nardaran işi” ilə bağlı şərlənərək həbs edilən, müdafiəyə ehtiyacı olanları ciddi şəkildə müdafiə etmək üçün tanınmış müstəqil vəkillər bu prosesə qoşulmalıdır. Mən də olan məlumata görə artıq bir neçə vəkilimiz onları təmannasız müdafiə etmək üçün ailələri ilə müqavilə bağlayıb.
Mən bütün vəkil dostlarımızı hazırda istintaqı yekunlaşmaq ərəfəsində olan, yaxınlarda məhkəməsi başlayacaq Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvlərini və tərəfdarlarını müdafiə etməyə çağırıram. Bu çox savab və gözəl iş olar. Onların vəkili olmaq istəyənlər həmin məhbusların ailələri ilə əlaqə saxlamaq üçün inboxuma yaza bilərlər.
Öncədən təşəkkür edirəm!

Oktay Güləliyev

mehbuslar.wordpress.com

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s