Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…


Yorum bırakın

Oktay Gülalıyev :”Qarabağ qazisi Asif bəy kimi dəyərli insanları müdafiə etməkdən bezməliyik”?


14906874_982126671914555_3048235269477678639_nOktyabrın 31-də Qarabağ müharibəsi əlili, AXCP üzvü Asif Yusiflinin apellyasiya şikayətinə baxılıb, amma sonda hakim müharibə əlilini yenə də həbsdə saxlamaq qərarını qüvvədə saxlayıb. Hüquq müdafiəçisi Oktay Gülalıyev deyir ki, o, bu prosesə ümidlə gedirbmiş və Asif Yusiflinin nəhayətki azadlığa çıxacağını gözləyirmiş.

Okumaya devam et

Reklamlar


Yorum bırakın

“Nardaran işi” ilə bağlı həbs olunmuş məhbuslara dair araşdırma – Oktay Güləliyev


oqtay-gulaliyyev“Nardaran işi” ilə bağlı həbs olunmuş məhbuslara dair araşdırma apararkən çox üzücü faktlar qarşımıza çıxır. Məlum olur ki, həbsdə olan bu şəxslərin bir çoxu ağır xəstədir. Mədə xorasından tutmuş Hepatit C, Qara ciyərin serrozuna qədər müxtəlif xəstəlikdən əziyyət çəkirlər. Həmin şəxslərin bir çoxunda bu xəstəlik həbsdən öncə də olub. Amma həbsxana şəraitində baxımsızlıq ucbatından xəstəlik daha da dərinləşib. Bir qism məhbus isə həbs olunanda aldığı yaralardan və işgəncələrdən hələ də əziyyət çəkirlər. Təəssüfləndirici haldır ki, Penitensiar Xidmət onların müalicəsi istiqamətində lazımi ciddi addımlar atmır. Hazırda bu istiqamətdə araşdırmalarımız davam edir. Məlumatları toplayıb aidiyyatı qurumlara və Beynəlxalq Qırmızı Xaç Komitəsinə təqdim edəcəyik.
Digər problem isə “Nardaran işi” ilə bağlı həbsdə olanların lazımi şəkildə vəkillə təmin olunmamaları ilə bağlıdır.

Okumaya devam et


Yorum bırakın

Taleh Bağırovdan Qiyas İbrahimovun anasına təsəlli məktubu..


Taleh Bağırov

Taleh Bağırov Qiyas İbrahimovun anasına məktub yazıb

“Müsəlman Birliyi” Hərəkatının sədri, Taleh Bağırov cəza evindən 10 il həbs cəzası alan gənc fəal Qiyas İbrahimovun anasına məktub yazıb.

T. Bağırov yazır:

“Salam. Sizə bu məktubu cəsur oğlunuz Qiyasa çox yaxın bir məkandan yazıram. Hətta bu sətirlərdən oğlunuz Qiyasın ətrini belə duya bilərsiniz. Çünki bu sətirlərə oğlunuzun da məhkum edildiyi soyuq zindan divarlarının sızıltısı, əsarətə qarşı azadlıq eşqi, cəsur insanların cəsarətinin ruhu hopub…”

Okumaya devam et


Yorum bırakın

“Ölüm olsun belə hökümətə, bir Qiyas tutulub, bilmir ki, milyon Qiyas var” – Qiyas İbrahimovun anası


foto2016«İlhаm Əliуеv, gənclərdən qоrx» – Qiуаs İbrаhimоvun аnаsı

NİDA vətəndaş hərəkatının həbsdə olan üzvü Qiyas İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmədən sonra Qiyas İbrahimovun anası Şura İbrahimova BBC Azərbaycancaya bildirib ki, oğlu ilə qürur duyur.

BBC Azeri: Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr.

“Sən özündən qorx, gələcəyindən qorx. Bir Qiyası həbs etməklə neyniyəcəksən? Sizi bir qaşıq suda boğacaqlar. Ölüm olsun belə hökümətə, neyniyəcəklər? – bir Qiyas tutulub, milyon Qiyas var” – Qiyas İbrahimovun anası Okumaya devam et