Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

Azadlığa çıxan N!DAÇILR : həbs günləri və planlar (VİDEOLAR)

Yorum bırakın


160318101519_mammad_nida_624x351_bbc_nocreditImage caption Fariz Namazlı Məhəmməd Əzizovun (sağda) vəkili olub

Azərbaycanda həbs cəzasının çəkilməmiş hissəsindən azad edilmiş hüquq müdafiəçisi, fəal və jurnalistlər Əfv fərmanının icrasıyla əlaqədar artıq həbsxanadan azad edilib.

Martın 17-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı Əfv fərmanı ilə 150-yə qədər məhbus azad edilib. Onlar arasında beynəlxalq təşkilatların “siyasi məhbus” kimi tanıdıqları şəxslər də var.

Onlardan sonuncusu, N!DA Vətəndaş Hərəkatının üzvü Məhəmməd Əzizov cümə günü 11.00 radələrində azad edilib.

BBC Azərbaycancanın Binədəki 2 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında olan müxbiri Günel Səfərova bildirib ki, “Məhəmməd Əzizov azad edildiyinə inanmadığını deyib”.

Həmçinin oxu: Əfv fərmanı: “müsbət addımdır, amma hələ də barmaqlıqlar arxasında qalanlar var”

Məhbuslardan çoxu ötən gecə buraxılıb. Hərçənd ki, bəzilərinin ailələrinə onların cümə səhəri azad ediləcəyi deyilsə də, onlar gecə yarısı evə göndərilib.

Müxbirimiz deyir ki, Əzizovun qarşılanmasından sonra gənclər eyni Əfv fərmanı ilə azad edilmiş N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundovun evində görüşüb.

Həbsdən azad edilmiş N!DA üzvü Ömər Məmmədov BBC Azərbaycancaya həbsdəki günlərindən danışıb.

“Dünən axşam 10.00-10.30-da bizi çağırdılar ki, sizi axşam buraxırıq, gedirsiz evə. Evə 11-də çatdım, ailəmin də xəbəri yox idi, mən evə çatanda atam yatmışdı.”

Məmmədovun sözlərinə görə, onları gecə ikən azad edilməsinin müxtəlif səbəbləri ola bilər:

“Ya jest etdilər, ya da ki, dekabr hadisələrini unutdurmaq üçün. Bəlkə də istəmirlər ki, insanlar toplaşıb qarşılasın.”

Gənc fəalın ilkin planı xəstə ata və anasını müalicə etdirmək və daha sonra xaricdə təhsil almaqdır.

N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundov BBC Azərbaycancaya deyib ki, həbsxanada olmaqlarının həm maddi, həm də mənəvi tərəfləri olub.

“21-ci əsrdə siyasi məhbus həyatı yaşamaq çox çətin məsələdir. Hər an, hər saniyə dəyişən dünyada yaşayırıq. Dünya yenilənir, amma sən ondan geri qalırsan, bunu hiss edirsən.”

Cənab Axundov əlavə edib ki, həbsxanada olarkən nənəsini və babasını itirib. “Onların acılarını içəridə yaşamaq çox fərqli və ağır bir travma idi.”

“Digər tərəfdən Şahin Novruzlunun atası İbrahim əmi həyatını itirdi ki, bu, bizə yük oldu, acı təcrübə oldu. Bizim üçün çox əziyyəti olmuş vəkil dostumuz Elton Quliyevi itirdik, bu acını da yaşadıq. Nərgiz Yaqublunu itirdik”, Axundov qeyd edib.

Gələcək planlar barədə ətraflı məlumatın yaxın vaxtlarda veriləcəyini dəyən Axundov “əqidəsində heç bir dəyişiklik olmadığını və N!DA üzvü kimi fəaliyyətini davam etdirəcəyini” deyib.

Image caption Məhəmməd Əzizovun qarşılanması

N!DA üzvü Rəşad Həsənov cümə günü axşamı həbsxanadan buraxılıb. Müxbirimiz onunla Rəşadət Axundovun evində görüşüb.

“Gecə buraxılmağımız surpriz oldu. Qeyri adi bir hissdir, onu ancaq həbsə düşüb azad olan insan bilər. Həbsdə olanların hamısına bu hissələri keçirməyi arzulayıram.”

3 il 3 gün həbsxanada olan Həsənov hələlik gələcəyə aid plan qurmasa da, bu müddətin ona verdiklərindən danışıb.

“Özümü inkişaf etdirdim, birçox istiqamət üzrə. Bol-bol oxudum, müşahidə etdim, təhlil etdim.”

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s