Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

Məhbus Xədicə İsmayılovanı Avropa Məhkəməsində Amal Kluni təmsil edəcək

Yorum bırakın


Amal Kluni  Xədicə İsmayılovanı Avropa Məhkəməsində təmsil edəcək

Beynəlxalq miqyasda tanınmış vəkil və aktyor Corc Kluninin xanımı Amal Kluni Amerikanın NBC tele şirkətinə müsahibəsində hazırda həbsdə olan azərbaycanlı jurnalist Xədicə İsmayılovanı Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcəyini bildirib.

O, Xədicə İsmayılovanın adını çəkməsə də, “Azərbaycanda hakim rejimin korrupsiya hallarını araşdıran qadın jurnalistin” işini götürməsindən danışaraq, onun “olduqca cəsur bir qadın olduğunu” deyib.

Kluni jurnalistin yataq otağında video kameranın yerləşdirilməsi və intim görüntülərin yayımlanması ilə ona hədə-qorxu gəlindiyini qeyd edib. Lakin bu, Kluninin sözlərinə görə, “jurnalisti saxlamayıb və indi o, saxta ittihamlarla dəməir barmaqlılar arxasındadır.”

Amal Kluni deyib ki o, medianın hüquqi müdafiəsi təşəbbüsünü təmsil edən vəkillə birlikdə İsmayılovanın həbsinə etirazla Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Xədicə İsmayılovanın vəkilləri hələlik Kluni ilə razılığın əldə olunduğunu təsdiq etməyib.

 

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s