Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

“Davam edir 37” beləliklə daha da mənalı şeirə cevrildi, şüarlaşdı, milliləşdi

Yorum bırakın


İlqar Məmmədov həbsxanadan yazır

Hicri-Qəmər təqviminin 1437-ci ili bir aydır başlayıb. Başlayan kimi böyük sayda MTN məmuru həbs edildi. Miladi 1937-də belə idi: əvvəlcə adamları boşuna tuturdular, sonra tutanları tuturdular, sonra isə tutanları tutanı tuturdular.

Sovetin ideyaları tükənməyə başlayanda sistem özünü yeməyə başlamışdı. Bizdəki rejim isə neft pulu tükənməyə meyllənən kimi iştahını içinə yönəltdi, cünki onda ideya heç əvvəldən olmayıb, bütün ayıblarını neft gəlirlərilə malalayırdı.

Dörd ildən yeddi ilədək əvvəl bir kinoya baxmışdım. Onda filmi çox da geniş ictimaiyyətə tövsiyyə etmədim, çünki Azərbaycan gündə bir milyon barrel neft satırdı, qiymət isə 120 dollarlarda uçurdu. Arxayınçılıq hökm sürürdü. İqtisadi-siyasi tənqidlərimi edirdim, ancaq film tövsiyyəsi kimi duyğulu illustrasiyaya ağız əyən çox olacaqdı.

Amma indi günə 600 min çəllək satırıq və qiymət 50-lərdə sürünür. Hər kəsin cibi yüngülləşdi və həssaslaşdı. Odur ki, baxın: “Ember şəhəri” filmi, anti-utopia və bəzən fantasmaqoriya. Gənclər üçün çəkilib. Olmasa da möhtəşəm sənət əsəri, düşündürücüdür və Azərbaycanın intellektual gəncliyi ona baxmalıdır. Süjeti? Yeganə generatoru sönməkdə olan yeraltı şəhərin daxili siyasəti, ətradan qorxaraq özünə qapanması, gül-mahnı bayramları, və “Xəbərçi”ləri.

Amerika istehsalı, ruscaya yaxşı dublyajı var.

“Davam edir 37” beləliklə daha da mənalı şeirə cevrildi, şüarlaşdı, milliləşdi.

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s