Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

Arif Yunus həbsdən azad edildi və danışdı – FOTOLAR, VİDEOLAR (Yenilənib)

Yorum bırakın


Arif Yunus həbsdən azad edildi və danışdı - FOTOLAR, VİDEOLAR (Yenilənib)

 
Həbsdə olan politoloq Arif Yunus başqa yerə getməmək şərti ilə noyabrın 12-də məhkəmə zalından buraxılıb. Bu barədə AzadlıqRadiosunun müxbiri xəbər verir.

MTN və Ədliyyə nazirliyi baş tibb idarəsi onun təzyiqinin aşağı salınmasının mümkün olmamasını əsas gətirərək məhkəmədən onun məsələsinə baxılmasını xahiş eləmişdi.

Hakim də onun məhkəmə zalından birbaşa buraxılması barədə qərar çıxarıb.
Arif Yunusun vəkili Elçin Sadıqov AzadlıqRadiosuna deyib:
“Arif Yunusun barəsindəki həbs-qətimkan tədbiri başqa yerə getməmək haqqında qətimkan tədbiri ilə əvəz olunub. Apellyasiya Məhkəməsi başa çatmadığı üçün ilk instansiya məhkəmənin hökmü hələ də qüvvədədir”.
Elçin Sadıqov bildirib ki, Yunusun tam azadlığa buraxılması üçün ya hökm ləğv olunmalı, ya da cəza hissəsi dəyişdirilib, şərti azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmalıdır.
Yunusun növbəti apelyasiya məhkəməsi dekabrın 7-ə təyin olunub.
 Başqa yerə getməmək vəkillərə Bakı şəhərini tərk etməmək kimi izah olunub.
Arif Yunus 2014-cü il avqustun 5-də həbs edilib. Bundan bir neçə gün əvvəl isə həyat yoldaşı, hüquq müdafiəçisi Leyla Yunus həbs edilib.
Leyla və Arif Yunuslar 2015-i il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il yarım və 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar qanunsuz sahibkarlıq, vergilərdən yayınma və digər iqtisadi cinayətlərdə ittiham olunurlar.
Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
Beynəlxalq «Amnesty International» təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.

http://azadliq.share.rferl.org/flashembed.aspx?t=vid&id=27359982&w=640&h=363&skin=embeded






Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s