Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

İlqar Məmmədov və Tofiq Yaqublu Şəkiyə qaytarıla bilər

Yorum bırakın


İlqar Məmmədov (solda) və Tofiq Yaqubluİlqar Məmmədov (solda) və Tofiq Yaqublu

REAL-ın həbsxanada olan sədri İlqar Məmmədov başqa həbsxanaya köçürülə bilər. İlqar Məmmədovun vəkili Cavad Cavadlı AzadlıqRadiosuna müsahibəsində belə bir ehtimalın olduğunu təsdiqləyir:

– Oktyabrın 13-də Ali Məhkəmə İlqar Məmmədovun və Müsavat başqanının müavini Tofiq Yaqublunun işinə yenidən baxmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Bununla bağlı İlqar Məmmədovun və Tofiq Yaqublunun apellyasiya şikayətinə baxışda iştirakı mümkündür, ancaq hər ikisi öz hüquqlarından istifadə edərək bu prosesə qatılmaqdan imtina ediblər. Ərizə yazıblar ki, apellyasiya şikayəti onların iştirakı olmadan keçirilsin.

Ancaq o da mümkündür ki, qanunsuz olaraq onları məcburi qaydada Şəki istintaq təcridxanasına aparsınlar. Ümid edirik ki,

– Niyə İlqar Məmmədov və Tofiq Yaqublu apellyasiya baxışında iştirak etmək istəmirlər?

– Çünki demək istədikləri sözlərin hamısını birinci instansiyada deyiblər. Onların iştirak etməmələri vəkillərin prosesdə iştirakını istisna eləmir. Həm də prosesin ədalətli keçəcəyinə ümidləri yoxdur. Bir də Şəki istintaq təcridxanasına köçürülmə əlavə əzab-əziyyətdir, yenidən prosedurlar, onların yenidən karantində saxlanması, o cümlədən onlara olan ağır münasibət…

Buna görə də İlqar Məmmədov və Tofiq Yaqublu yenidən apellyasiya baxışında iştirak etmirlər.

– Dediniz ki, qanun İlqar Məmmədov və Tofiq Yaqubluya yeni apellyasiya baxışında iştirak etməmək hüququ verir…

– Bəli, bu hüququ verir.

– Bəs, qanunda prosesə məcburi aparılma hüququ da əks olunubmu?

– Birinci instansiyada məhkəmə onların iştirakını məcburi hesab edə bilərdi, apellyasiya şikayəti üçün belə bir məcburiyyət yoxdur. Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədov və Tofiq Yaqublunun iştirakını məcburi saysa, bu, qanuna müvafiq olmayacaq.

– Cavad bəy, əgər İlqar Məmmədov və Tofiq Yaqublunun apellyasiya baxışında məcburi iştirakı qərarı verilsə, bunun hüququ müstəvidə qarşısının alınması yolu varmı?

– Vəkillər yalnız məhkəmə tərkibinə etiraz edə bilərlər. Başqa bir hüquqi qüvvəmiz yoxdur.

İlqar Məmmədovla Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən etirazlara görə həbs olunublar. 2014-cü ildə isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7, Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib.

Onlar həmin vaxt kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları rədd edir və həbsin siyasi sifariş olduğunu deyir. İnsan haqları təşkilatları da onları siyasi məhbuslar elan ediblər.

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s