Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

“Leyla və Arif Yunusları azad edin”

Yorum bırakın


Freedom Housenin Yunusovlar bəyanatıFreedom Housenin Yunusovlar bəyanatı

ABŞ-ın BMT-dəki səfiri, İşgəncələr Əleyhinə Ümundünya Təşkilatı, Freedom House, Amnesty İnternational və çoxsaylı digər beynəlxalq təşkilatlar Leyla və Arif Yunusların həbsi barədə məhkəmə hökmünü pisləyən bəyanatlarla çıxış edib.

300-dən çox beynəlxalq hüquq-müdafiə strukturunu birləşdirən İşgəncələr Əleyhinə Ümundünya Təşkilatı (World Organisation Against Torture – OMCT) bildirib ki, bu “sərt cəza” Azərbaycanın ədalətli məhkəmə standartlarına məhəl qoymamasından xəbər verir.

“Yunusların məhkəməsinin belə sürətlə keçirilməsi dəhşət doğurur və prosesin keyfiyyəti haqda aydın təəssürat yaradır”, təşkilatın bəyanatında deyilir.

ABŞ-ın BMT yanında daimi nümayəndəsi Samanat Pauer Twitter-dəki mikrobloqunda Yunuslar cütlüyü barəsində çıxarılan hökmü “xəstə ər-arvada qarşı dəhşətli ədalətsizlik” adlandırıb.

Amnesty İnternational-ın Yunusovlar bəyanatıAmnesty İnternational-ın Yunusovlar bəyanatı

“Azərbaycan hökumətinin hörmətli hüquq müdafiəçiləri Leyla və Arif Yunusların uydurma vergidən yayınma maddələri ilə ittiham edərək ən azi 7 il müddətinə azadlıqdan məhrum etmək utancvericidir”. Bunu Freedom House-un vitse-prezidenti Daniel Calingaert deyib.

Amnesty İnternational və Freedom House Azərbaycan hökumətini Leyla və Arif Yunusun təqsirsizliyini nəzərə alaraq, humanitar əsaslarla onları həbsdən azad etməyə çağırır.

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s