Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

“Leyla Yunusla əlaqədar narahatçılıq baş verib”

Yorum bırakın


ui89h4Leyla Yunusun son halı narahatlıq doğurur

İnsan haqları müdafiəçiləri deyir ki, Yunusların məsələsi diqqətdədir

“İnsan Haqlarını Monitorinq Qrupunun üzvləri Leyla Yunusun məhkəməsini izləyib və bundan sonra da izləyəcək. Proses diqqətimizdən kənarda qala bilməz”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında insan haqları müdafiəçisi Səidə Qocamanlı dedi. Onun sözlərinə görə, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun həbsi və məhkəmə prosesi digər hüquq müdafiəçilərini də diqqətindədir.

Yada salaq ki, Leyla Yunusun həyat yoldaşı politoloq Arif Yunus da 8 aydır həbsdədir. Onların hər ikisinə qarşı vergidən yayınma ittihamı irəli sürülüb. Leyla Yunusdan fərqli olaraq Arif Yunus ilk məhkəmə prosesində daha sağlam görünüb.
İlk məhkəmə iclasından sonra sosial şəbəkədə siyasi fəallar Leyla və Arif Yunusların Azərbaycan vətəndaşlığından məhrum edilərək ölkədən çıxarılması təşəbbüsünü irəli sürüb. Müzakirə iştirakçıları bildirir ki, səhhətlərinin ağırlığı nəzərə alınaraq onların ölkəni birdəfəlik tərk etməsi şərti ilə azadlığa buraxılması tələbi irəli sürülməlidir. Azərbaycanda belə bir praktika olub – Vətənə xəyanət maddəsi ilə həbs edilən qondarma “Talış-Muğan Respublikasının” rəhbəri Ələkrəm Hümbətov, təxminən bir ay öncə isə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov bu şərtlə həbsdən azad edilib.
Səidə Qocamanlı düşünür ki, əgər hansısa ölkə, yaxud təşkilat Yunusların vergi borclarını ödəsə bu mümkün ola bilər: “Əlikram Hümbətovun üzərində vergi ittihamı yox idi. Ona Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham irəli sürülmüşdü, onlardan ən ağıdı da 57-ci – Vətənə xəyanət maddəsi idi. Emin Hüseynovun durumu isə bir qədər fərqli oldu. Onun vergi borcunu İsveçrə hökuməti ödədi və sonra ölkədən çıxarılmasına razılıq verildi. Yunuslara qarşı irəli sürülən cinayət işi də vergi cinayətləri üzərində qurulub. Əgər Emin Hüseynovun praktikasında olduğu kimi hansısa dövlət, qurum həmin cəriməni ödəsə bəlkə də onların azadlığa çıxması mümkün olan bilər”.
8 aya yaxındır Kürdəxanı İstintaq Təcridxanasında saxlanan və ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi başlayan Leyla Yunus tanınmaz dərəcədə dəyişib. Prosesi izləyənlər bildirir ki, Leyla Yunus tanınmaz dərəcədə arıqlayıb. Hakim prosesin foto və videoçəkilişinə icazə verməsə də jurnalistlər məhkəmə çıxışında məhbus hüquq müdafiəçisinin şəklini çəkə biliblər. Həmin şəkildə L.Yunus ağ, qısa saçlı sısqa halı ilə 8 ay öncəki vəziyyətindən çox fərqli görünür.
Yunuslar səhhətləri ilə bağlı hər hansı dəstək üçün heç bir hüquq-müdafiəçisinə müraciət etməyib. Səidə Qocamanlı deyir ki, buna baxmayaraq Leyla Yunus həbs edilən gündən onun xəstəliyi, saxlanma şəraiti, tibbi yoxlamadan keçməsi, dərmanlarını ala bilməsi hüquq müdafiəçilərinin nəzarətində olub:“Onun yanına gedən insanlarla davamlı əlaqə saxlamışıq, problem yarandığı zamanlar dəfələrlə müxtəlif hökumət orqanlarına müraciət etmişik, İnsan Haqları Problemləri üzrə İşçi Qrupun iclaslarından bu məsələni qaldırmışıq və çox hallarda da problemləri aradan qaldıra bilmişik. Bizim səylərimiz nəticəsində Leyla Yunusu müayinə etmək üçün Kürdəxanı Müvəqqəti Saxlama Təcridxanasına həkim briqadası göndərildi. Həkim müayinəsini İşçi Qrupunun üzvü Səadət Bənənyarlı da izlədi. Bizim ədliyyə nazirindən xahişimizdən sonra ölkənin sanballı həkimlərindən ibarət qrup yaradıldı və onun müayinəsi üçün təcridxanaya göndərildi. Ancaq Leyla Yunus həkim müayinəsi zamanı özünü adekvat aparmamışdı və müayinəyə icazə verməmişdi. Bundan sonra hökumət onun istəyi ilə Almaniyanın Sheraton Hospitalının həkimlərinin müayinə aparmasına icazə verdilər. Onu da deyim ki, analizlər Almaniyada yoxlandı və Leyla Yunusda uzun illərdən bəri davam edən diabet xəstəliyindən başqa ciddi xəstəlik aşkarlanmadı. Bütün bunlar elə-belə olmayıb İşçi Qrup bu məsələ ilə davamlı məşğul olub. Düzdü, o dönə-dönə deyir ki, heç bir hüquq müdafiəçisinin dəstəyini istəmir, ancaq biz onun vəziyyətini nəzarətdə saxlamağı özümüzə borc bilirik. Çalışırıq ki, ən azı indiki şərtlər daxilində onun məhbus kimi hüquqları pozulmasın. Heç şübhəsiz, bizim ən böyük istəyimiz onun azadlığa çıxmasıdır”.
Leyla Yunusun görkəminə gəlincə, Səidə Qocamanlı deyir ki, həm həbsxamalarda, həm də müvəqqəti saxlama təcridxanalarında məhbuslar üçün baxım salonları var. Qadınlara saçlarını boyamasına, hətta manikür, pedikür etdirməsin heç bir məhdudiyyət yoxdur.
İnsan haqları müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında Leyla Yunusun səhhətini və məhkəmə prosesini nəzarətdə saxladığını deyib:“Bizim İnsan Haqları Monitorinq Qrupunun üzvü Dilarə Əfəndiyeva məhkəmə prosesində iştirak edib. Biz prosesin bütün detallarından xəbərdarıq. Leyla xanım həbsinin ilk günlərindən bildirdi ki, o, bütün insan haqları müdafiəçilərindən imtina edir. Buna baxmayaraq biz bu 1 ildə Leyla Yunusun müdafiə etmişik. Təşkilat adından Səadətə Bənənyarlı bütün monitorinqlərdə iştirak edib. Şəxsən mən onun durumu və saxlanma şəraiti ilə bağlı obmudsman Elmira Süleymanova ilə dəfələrlə danışıqlar aparmışıq. Yadınıza gəlirsə, həbsinin ilk günlərində onun kamera yoldaşı tərəfindən haqsızlıq və basqılarla üzləşməsi haqqında xəbərlər yayılırdı. Mən bu xəbəri eşidən kimi, Mirvari Qəhrəmanlı ilə bərabər baş prokurorun müavini Rüstəm Usubovun qəbulunda olduq, ondan Leyla Yunusun kamerasının dəyişdirilməsini, saxlanma şəraitinin yaxşılaşdırılmasını xahiş etdik və bu xahiş yerinə yetirildi”.
Novella Cəfəroğlu deyir ki, Leyla Yunusun son halı onda da narahatlıq yaradıb: “Hər nə qədər bizə yanaşması normal olmasa da qadındır, müttəfiqimizdir, sözsüz ki, biz onun azadlığını istəyirik. Biz dəfələrlə İşçi Qrupun yığıncaqlarında digər siyasi məhbuslar kimi Leyla və Arif Yunusların da azad edilməsi tələbi ilə çıxış etmişik. Heç nəyə baxmayaraq biz Tofiq Yaqublu, Rauf Mirqədirov, Yadigar Cəfərli, Rəsul Cəfərov eləcə də digər siyasi məhbuslar kimi Yunusların da azad edilməsini tələb edəcəyik”.
Aygün Muradxanlı

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s