Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

Həbs edilən Rauf Mirqədirovun anası Rəfiqə Mirqədirova: “Rauf tutulub, qolları qandallıdır, qəfəsdədir”

Yorum bırakın


img1792114
Rauf Mirqədirovun anasından dustaq oğluna doğum gününə təbrik əvəzi – ÖZƏL

Rəfiqə Mirqədirova: “Olub keçənlər kino lenti kimi dəyişir: Rauf tutulub, qolları qandallıdır, qəfəsdədir”

“Rauf tutulandan bəri dövlətini hörmətdən sala biləcək bir söz belə dilinə
gətirməyib. Orada da vətəninin nüfuzunu qoruyur, müstəqilliyini düşünür. Raufdu  bu! O, dəyişmir.”
Rauf Mirqədirovun anası Rəfiqə Mirqədirova zindandakı oğlunun ad günü ilə bağlı yazdığı yazısını musavat.com-a yollayıb. Həmin yazını təqdim edirik:
”Bugün oğlumun ad günüdür. Adətən ad günləri ailə üçün bayram sayılır. Bizim isə ürəyimiz sıxılır. Nə yatmaq olur, nə yemək yemək istəyirsən, gözlərin yol çəkir, fikirlərin qarışır. Ailədir, birinin bir yeri ağrıyanda hamının canı yanır. Elə bil hələdə qorxulu bir yuxunun içindəsən. Oyanmaq istəyirsən. Bacarmırsan. Qan-tər içində çabalayırsan.  Olub keçənlər kino lenti kimi dəyişir: Rauf tutulub, qolları qandallıdır, qəfəsdədir.
Mənim ziyalı oğlum, əli qələm tutan oğlum, vətənini sevən oğlum. Yenə də bir söz demir. Şikayət etmir. Rauf tutulandan bəri dövlətini hörmətdən sala biləcək bir söz belə dilinə gətirməyib. Orada da vətəninin nüfuzunu qoruyur, müstəqilliyini düşünür. Raufdu bu! O dəyişmir. 
Arıqlayıb, gözləri zəifləyib, təzyiqi oynayır, başının ağrısından yata bilmir. Mənim intellekti bir dünyaya sığmayan oğlum, indi bir otağa necə sığar axı.
Allah-taala heç bir Anaya mənim çəkdiklərimi çəkdirməsin. Heç bir ailəni belə bir dərdə salmasın! Heç bir Ataya belə bir müsibəti göstərməsin! Allah-taala övladlarımızı düşmənlərimizin fitnə-fəsadından, şərdən, iftiradan qorusun. Tanrı vətənimizi, dövlətimizi, müstəqilliyimizi qorusun. Rauf  kimi peşəkar, istedadlı, əqidəli oğullarda öz intellektlərinin gücü ilə dövlətimizi daha da qüdrətli etsinlər”.
 
Rauf Mirqədirov məhkəməyə aparılarkən…(ARXİV)
Musavat.com

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s