Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

“Əfv böyük prosesdir, ümid edirəm ki, davamlı olacaq”

Yorum bırakın


Dekabrın 29-da imzalanan əfv sərəncamı ilə azadlığa çıxan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Media forum” saytına açıqlama verib.

O, doğmaların əhatəsində özünü çox yaxşı hiss etdiyini deyib: “Həbsxananın fəlsəfəsi başqa cürdür. Adın oxunmayınca, məlumat rəsmi təsdiqini tapmayınca əfv haqqında fikirləşə bilmirsən. Təbii ki, əfv bütün hallarda müsbət hadisədir.

İnsan Hüquqları üzrə Birgə Qrupun verdiyi siyahıdakı dustaqların hamısının azad olunacağını gözləyirdim. Gözləntilərim özünü doğrulmadı, buna üzüldüm.

Amma yenə də müəyyən hissənin azadlığa çıxması sevindiricidir. Ümumiyyətlə ədalət bərpa olunursa, ədalətsizliyin qarşısı alınırsa, bu, müsbət hadisədir. Son dərəcə ağır ədalətsizliklə üzləşən bir jurnalist, bir vətəndaş kimi müəyyən miqyasda ədalətin bərpasını gördüm. Əfv sərəncamını imzalayan da, onun icrasında iştirak etmiş hər kəs də sağ olsun. Əfv böyük prosesdir, ümid edirəm ki, davamlı olacaq, digər siyasi məhbuslar da azadlığa buraxılacaq”.

Əvəz Zeynallı əlavə edib ki, 3 ildən çox həbsdə olub və həmin müddətdə cəmiyyət dəyişib: “Həbs olunduğum vaxtlardakı mətbuatla indiki mətbuat arasında xeyli fərq var. Fəaliyyəti dayanmış “Xural” qəzetinin nəşrini bərpa etmək istəyirəm. Düşünürəm ki, “Xural” qəzeti mən tutulduğum 28 oktyabr 2011-ci ildə necə idisə, bu gün də eyni olacaq. Amma təbii ki, ölkədəki reallıqları, vəziyyəti nəzərə almamaq olmaz. Çünki bizim hökumət zarafatı qəbul etmir. Azad media yolunda yolumuzu davam etdirməyi düşünürəm”.

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s