Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

“Ermənilər soyqırıma məruz qalmayıb”

Yorum bırakın


365“KarabakhİNFO.com” beynəlxalq e-jurnalına açıqlama verən N.Yaqublu deyir ki, birinici dünya müharibəsi dövründə ermənilər rus ordusunun tərkibində türklərə qarşı döyüşərək itki veriblər: “Bu sənədlərdən məlum olur ki, ermənilər birinci dünya müharibəsi dövründə soyqırıma məruz qalmayıblar. Sadəcə olaraq bu dövrdə Rusiya ordusunun tərkibində türklərə qarşı döyüşərək itki veriblər. Döyüş zamanı olan itkini isə soyqırım adlandırmaq olmaz”.

Tarixçi alim bildirir ki, döyüş zamanı həlak olan ermənilərin siyahısı dünya ictimaiyyətinə elə çatdırılır ki, guya adları açıqlanan ermənilər soyqırıma məruz qalıblar: “Həlak olan ermənilərin siyahısını dünya ictimaiyyətində elə yayımlayıblar ki, guya onlar soyqırıma məruz qalıblar. Özlərinin dili ilə desək soyqırıma məruz qalan ermənilərin adlarından ibarət olan siyahı döyüş bölgəsində həlak olanlarla eynilik təşkil edir. Bu fakt bir daha sübut edir ki, ermənilər soyqırıma məruz qalmayıblar”.

N.Yaqublu qeyd olunan sənədlərdə türklərə qarşı törədilən soyqırımla bağlı məlumatların da əksini tapdığını vurğulayır. O hətta 1915-ci ili hadisələrində Türkiyədə yaşayan azərbaycanlıların da öldürüldüyünü deyir: “Sənədlərdə türklərə qarşı soyqırımın təşkili ilə bağlı ciddi məlumatlar əksini tapıb. Hətta qeyd olunub ki, ermənilər türklərə qarşı amansız davranaraq yurd-yuvalarını qarət ediblər. Sənədlərin sonunda rus generalları tərəfindən vurulan möhür də bu faktı təsdiqləyir. Əldə olunan informasiyalar “Ermənilər türklərə qarşı” kitabımda da əksini tapıb. Azərbaycan,rus dillərində işıq üzü görən kitabı türk dilində də dərc etdirməyi düşünürük”.

Sənan İsgəndərov

“KarabakhİNFO.com”

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s