Bu Dünyada azad yaşamaq üçün "haqqın" olmalı…

Sələfilərin lideri: “Qafqaz Müsəlmanları İdarəsi qərəzlidir”

Yorum bırakın


Qafqaz Müsəlmanları İdarəsinin bəzi dini cərəyanları “həm dinə, həm də dövlətə xələl gətirən addımlar atmaqda” ittiham etməsi bu cərəyanların nümayəndələri tərəfindən təəccüblə qarşılanıb.

Özünü “sələfilərin lideri” kimi təqdim edən Qamət Süleymanov BBC Azərbaycancaya açıqlamasında deyib ki, sələfilər heç zaman özünü “radikal” göstərməyib və bu sırada şiə təriqətinin üzvlərinin olmamasını sual edib.

“Niyə şiələrin adı çəkilmir? Sələfilər heç vaxt nə dinə, nə də dövlətə radikal olub. Radikallıq bütün təriqətlərdə var, terror akları və s. Şiələrdə də radikallıq olub, hamısında olub. Sələfilər əksinə həmişə dövləti dəstəkləyiblər”, – o deyir.

Çərşənbə axşamı QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Modern.az saytına açıqlamasında deyib ki, idarə bir neçə məzhəbin “ayrı-seçkiliyə şərait yaradan” addımlarını “qınayır”.

“Xəvariclik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək həm dinə, həm də xalqa, dövlətçiliyə xələl gətirən addımlar Qafqaz Müsəlmanları İdarəsi tərəfindən qınanılır”, – xanım Dadaşova deyib.

“Qərəz”

Cənab Süleymanov QMİ-nin ittihamının “qeyri-ciddi” olduğunu düşünür və əlavə edir ki, “sələfilər əksinə dövləti dəstəkləyib”.

BBC Azərbaycancanın QMİ ilə əlaqə yaratmaq cəhdləri dəfələrlə baş tutmayıb.

“Bizim adımızı xəvariclərin yanında çəkmək qərəzlidir”, cənab Süleymanov deyib.

Çərşənbə axşamı Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə deyib ki, Azərbaycanda nurçuluq, vəhabilikdən başqa digər dini cərəyanlar da fəaliyyətini gücləndirməyə çalışır.

“Azərbaycanda tək nurçuluq, vəhhabilik deyil, digər cərəyanların nümayəndələri də fəaliyyət göstərir və bu fəaliyyəti gücləndirməyə cəhd göstərirlər. Təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqaz regionunda, post sovet məkanında və ümumilikdə dünyada belə hallar mövcuddur”, – cənab Həsənov deyib.

Onun sözlərinə görə, dövlət bu “cəhdləri … ciddi təhlükə” hesab etmir və bunun qarşısını alır.

“Dini müdaxilə, missionerlik, insanları öz inanclarına uyğun məzhəblərə ayırmaq yolu ilə onların fəaliyyətinə təsir göstərmək istəyən qüvvələr mövcuddur. Bunlar Azərbaycanda da var. Ölkəmizin müvafiq dövlət qurumları belə hallarla bağlı lazımı işləri aparırlar”, – cənab Həsənov deyib.

PA rəsmisi bildirib ki, bəzi dini təriqətlər üzvləri qarşısında “məcburi normalar” qoyur ki, bu da dövlətçiliyə uyğun deyil.

“Heç bir dini inanc, heç bir dini sitayiş, fəaliyyət Azərbaycan dövlətinin dünyəvi normalarına müdaxilə şəklində həyata keçirilməməlidir”, – o deyir.

Nurçu əməliyyatları

Daxili İşlər Nazirliyinin Klikləyin “nurçu əməliyyatları”ndan sonra həbs olunan və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan şəxslərin saxlanma şəraitini yoxlamaq üçün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov cümə axşamı təcridxanada olub.

Cənab Behbudov BBC Azərbaycancaya təcridxanasında saxlanılanların dəqiq sayını deməsə də bildirib ki, onlar “dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etməkdə” ittiham olunur.

“Mənə təcridxanada dedilər ki, əməliyyat zamanı saxlanılanlardan otuza yaxın adam dindirilərək buraxılıb. Amma saxlanılanların dəqiq sayı konfidensialdır və bunu açıqlaya bilmərəm”, – o bildirib.

Komitə sədrinin sözlərinə görə, Göyçayda keçirilən “nurçu əməliyyatı” zamanı saxlanılan Quba rayon sakini Eldəniz Hacıyevlə görüşüb.

“Onun evində axtarış aparıblar. Məlum olub ki, “nurçuluq” cərəyanına qoşulub. O isə özünü təqsirli bilmir. Eldəniz Hacıyev bildirib ki, 30-40 nəfəri başına yığıb, Qurani-Kərimi tədqiq edib, araşdırıblar. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti olmadı”, – APA cənab Behbudovdan sitat gətirir.

Nailə Abdiyeva

Yazar: Intigam Ibrahimoglu

INSAN HÜQUQLARI MÜDAFIECISI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s